«JEK» müdiri rüşvət ittihamı ilə saxlandı

hebsBakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 117 saylı mənzil istismar sahəsinin rəisi Bəşir Bəşirovla «Ekspress servis» MMC-nin direktoru Rövşən Muradov həbs ediliblər.

Baş Prokurorluğun mayın 26-da yaydığı məlumata görə, həmin şəxslər paytaxt sakininə məxsus mənzilin özəlləşdirilməsi üçün ev sahibindən 2 min manat rüşvət alarkən saxlanıblar. Məlumatda qeyd edilir ki, baxış zamanı B.Bəşirovun üzərindən daha 2 min 500 manat pul aşkar edilib.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin «rüşvət alma» maddəsi ilə cinayət işi açılıb. Barələrində həbs qətimkan tədbiri seçilib.

Saxlanan şəxslərin vəkilləri və yaxınlarının məsələyə münasibətini öyrənmək mümkün olmayıb.

248 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

«JEK» müdiri rüşvət ittihamı ilə saxlandı

30 Mayıs 2014

By
@
backtotop