İstintaq həbs edilmiş hüquq müdafiəçisi Rəsul Cəfərova qarşı yeni ittiham irəli sürüb. Hüquqşünas Günay İsmayılovanın Turan-a verdiyi məlumata görə, yeni ittihamlar vəzifə saxtakarlığı və mənimsəmə – Azərbaycan CM-in 313 və 179.3.2-ci maddələri ilə irəli sürülüb.
Bu ittihamlar üzrə o, 12 ilədək azadlıqdan məhrum edilə bilər.
Xatırladaq ki, “Demokratiya naminə incəsənət” hüquq müdafiə kampaniyasının əlaqələndiricisi Rəsul Cəfərov avqustun 2-də qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs edilib. Oktyabrın 23-də onun həbs müddəti 3 ay uzadılıb. Amnesty İnternational Cəfərovu “vicdan məhbusu” kimi tanıyıb.
Mövzu
Oxşar xəbərlərİstintaq həbs edilmiş hüquq müdafiəçisi Rəsul Cəfərova qarşı yeni ittiham irəli sürüb. Hüquqşünas Günay İsmayılovanın Turan-a verdiyi məlumata görə, yeni ittihamlar vəzifə saxtakarlığı və mənimsəmə – Azərbaycan CM-in 313 və 179.3.2-ci maddələri ilə irəli sürülüb.