Apellyasiya Məhkəməsi gənc fəalı həbsdə saxladı

Dekabrın 22-də Bakı Apellyasiya Məhkəməsi NİDA hərəkatının üzvü Ömər Məmmədovun birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ona bəraət verilməsi haqqında şikayətini təmin etməkdən imtina edib.

Ömər Məmmədov 2014-cü il yanvarın 24-də narkotik cinayətində ittiham olunaraq həbs edilib. İyunun 4-də Ağır Cinayətlər Məhkəməsi onu 5 il müddətinə azadlıqdan məhrum edib.

19  yaşlı Ömər Məmmədov “Axın” gənclər hərəkatının rəhbəri və “Vətəndaş Həmrəyliyi” partiyasının üzvüdür. Həbs edildikdən sonra o, NİDA hərəkatına qoşulub.

Məmmədov həbsindən əvvəl fəal bloger və facebook istifadəçisi idi, karikaturalar və kollajlar yerləşdirir, habelə şərhlər yazırdı. “AzTV-dən seçmələr” səhifəsinin administratorlarından biri idi. Bu səhifədə Azərbaycan hökumətinin siyasəti kəskin şəkildə tənqid edilirdi.

Oktyabrda 3 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Ömər Məmmədov əfv haqqında müraciət yazıb, həmçinin “Vətəndaş Həmrəyliyi” Partiyasına partiya üzvlüyündən çıxarılması xahişi ilə müraciət edib.

523 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Apellyasiya Məhkəməsi gənc fəalı həbsdə saxladı

22 Aralık 2014

By
@
backtotop