Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb

Avropada işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Noyabrın 10-da Belqrad şəhərində Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı cənab Vladimir Cucic ilə görüşüb. Görüş zamanı hər iki ölkənin üzləşdiyi müharibə və onun vəhşətləri barədə danışılıb, müharibə qurbanları, qaçqın və məcburi köçkünlər haqqında fikir mübadiləsi aparılıb.

ADİHİ rəhbərinin beynəlxalq müstəvidəki fəaliyyətinə diqqəti çəkən Serbiyalı Ali Komissar ATƏT, Avropa Şurası və digər beynəlxalq platformalarda iki ölkə nümayəndələrinin eyni maraqlardan çıxış etmələrini, ölkələrin ərazi bütövlüyü və suverenliyi, habelə qaçqın və köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində birgə layihələrin həyata keçirilməsini zəruri hesab edib.

Görüş zamanı qarşılıqlı əməkdaşlıq barədə ilkin razılığa gəlinib, birgə fəaliyyətin konturları müzakirə edilib. ADİHİ rəhbəri Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, erməni terroru və azərbaycanlı qaçqınlar barədə kitabları Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı cənab Vladimir Cucicə hədiyyə edib.

341 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb

10 Kasım 2017

By
@
backtotop