Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb

Avropada işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Noyabrın 8-də Belqrad şəhərində Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb. Görüş zamanı rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə danışan Əhməd Şahidov həyata keçirdikləri layihələr, görüşlər və səfərlər barədə serbiyalı həmkarını məlumatlandırıb, Serbiya Respublikası ilə əməkdaşlıqda maraqlı olduqlarını və birgə fəaliyyət üçün böyük potensial olduğunu ifadə edib.

Azərbaycanlı hüquq müdafiəçisini Belqradda salamlamaqdan məmnunluğunu ifadə edən cənab Zoran Paşaliç Serbiyada insan haqlarının vəziyyəti barədə geniş məlumat verib, etnik azlıqların hüquqlarının qorunduğunu və birgə yaşayışın tam təmin olunduğunu bildirib. Serbiyanın Yaxın Şərqdəki münaqişə zonalarından, xüsusən də İraq, Suriya və Əfanıstandan qaçqın axını ilə üzləşdiyini və üz tutan bütün məcburi köçkünlərə qucaq açdlğını bildirən serbiyalı ombudsman ölkəsinin bəşəri dəyərlərin qorunmasında kifayət qədər təcrübəyə malik olduğunu deyib.

Görüş zamanı qarşılıqlı əməkdaşlıq barədə ilkin razılığa gəlinib, birgə fəaliyyətin konturları müzakirə edilib. ADİHİ rəhbəri Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, erməni terroru və azərbaycanlı qaçqınlar barədə kitabları Serbiya Ombudsmanına hədiyyə edib.

399 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb

09 Kasım 2017

By
@
backtotop