“Xədicə İsmayılın həbsi ilə bağlı dərin narahatlığımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan Avropa Şurasının üzvü kimi Avropa İnsan Hüquqları Konvensiyasının standartlarına hörmət etməlidir. Azərbaycan hökumətini Xədicə İsmayıl və digər hüquq müdafiəçiləri ilə bağlı konvensiyada nəzərdə tutulmuş standartlara əməl etməyə çağırıram”. Bu barədə Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brassorin araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsi ilə bağlı bəyanatında deyilir.
Dekabrın 5-də Səbail Rayon Məhkəməsi AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. Qərar Bakı Şəhər Prokurorluğunun təqdimatı əsasında qəbul edilib.