Nicat Quliyevə atası ilə görüşə icazə verilmir

Həbsdə olan keçmiş nazir Nicat Quliyevin 84 yaşlı atası Əmir Quliyev ağır durumda olsa da Penitensiar Xidmət N.Quliyevə atası ilə görüşmək imkamı yaratmır. Bu barədə Turan-a N.Quliyevin vəkili Əfqan Məmmədov bildirib.

Ə.Məmmədov Ə.Quliyevin hazırda Bakı Sağlamlıq Mərkəzində müalicə aldığını və durumunun həddən artıq ağır olduğunu deyib. Keçmiş nazirin qanunsuz odlu silah gəzdirməyə görə ən yüksək həddə – 3 il cəza aldığını və cəzanın yarısını  çəkdiyini deyən vəkil xatırladıb ki, qanun məhbusun atası ilə görüşə bilməsinə icazə verir.

Bununla bağlı vəkil fevralın 5-də Penitensiar Xidmət rəhbərliyinə müraciət etsə də hələ də cavab ala bilməyib. Təkrar olaraq bir daha müraciət etməyi nəzərdə tutur.

“Ən aşağısı şəxsin keçmiş nazir olması, atanın vəziyyətinin ağır durumda olması nəzərə alınmalıdır və həm də məhbus Bakı şəhərində atası ilə görüşəcək”, – Ə.Məmmədov qeyd edib.

N.Quliyev 2013-cü ilin avqustunda həbs edilib. Ona qarşı qanunsuz silah saxlamaq ittihamı irəli sürülüb. Məhkəmə onu bu cinayət əməlinə görə nəzərdə tutulan cəzanın ən yüksəkk həddi ilə 3 il müddətinə azadlıqdan məhrum edib. Keçmiş nazir artıq cəzasının yarısını çəkib.

271 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Nicat Quliyevə atası ilə görüşə icazə verilmir

11 Şubat 2015

By
@
backtotop