AXCP fəalı həbs edilib

Bakının Xətai rayon Məhkəməsi AXCP Gənclər Komitəsinin fəalı Elvin Abdullayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsi məlumat yayıb.

Xəbərdə deyilir ki, artıq 2 gündür AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullayev Nərimanov rayon təcridxanasında saxlanılır. Əvvəlcə onun saxlanması haqda heç bir məlumat verilmirdi.

Vəkil Bəhruz Bayramov Turana  bildirib ki, Elvin Abdullayevə qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi (narkotik maddələrin qanunsuz dövriyyəsi) üzrə ittiham irəli sürülüb. Bu maddə əmlakı müsadirə olunmaqla beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.

*   *   *
2015 Yanvar 10 (Şəmbə) 13:07:13

AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullayev saxlanılıb.

AXCP Gənclər Komitəsinin məlumatında deyilir ki, E.Abdullayev yanvarın 8-də universitetdə imtahan verdikdən sonra naməlum şəxslər tərəfindən oğurlanıb.

O, evə telefon edərək imtahan suallarına yaxşı cavab verdyini bildirib və bir qədər sonra özünün Facebook səhifəsində həbs olunduğunu yazıb.

Lakin gəncin doğmalarına onun saxlandığı yer barədə rəsmi məlumat verilməyib. Qeyri-rəsmi məlumatlara görə, o, Səbayel rayon 39-cu polis bölməsinə, oradan isə Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Hazırda Nərimanov rayon təcridxanasında saxlanılır.

Fəalın anasının sözlərinə görə, 39-cu polis bölməsində ona bildirilib ki, E.Abdullayevə qarşı narkotik maddə ittihamı üzrə cinayət işi başlanıb. Lakin müstəntiq anaya deyib ki, hansı maddə üzrə ittiham olunduğunu dəqiq bilmir.

E.Abdullayevin hüquqlarını vəkil Bəhruz Bayramov müdafiə edəcək. O, Turan-a bildirib ki, istintaq Bakı Şəhər Baş Polis İdarəsinin istintaq şöbəsində aparılır.

Vəkil güman edir ki, şənbə günü məhkəmə E.Abdullayevin həbsi barədə qərar çıxaracaq və ola bilsin ki, ona qarşı 234-cü maddə (narkotik maddələrin qanunsuz dövriyyəsi) üzrə ittiham irəli sürülsün.

AXCP Gənclər Komitəsi hesab edir ki, gənc siyasi motivlərlə təqib olunur. O, təşkilatda fəal işitirakı ilə yanaşı Facebook-da hakimiyyət barədə tənqidi materiallar dərc edib.

E.Abdullayev həbsə atılan səkkizinci AXCP fəalıdır.

447 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

AXCP fəalı həbs edilib

12 Ocak 2015

By
@
backtotop