Apellyasiya Məhkəməsi NİDA fəallarını həbsdə saxlayıb

Bu gün Həsən Əhmədovun sədrliyi ilə Apellyasiya Məhkəməsi NİDA gənclər təşkilatının 6 fəalı barəsində hökmü qüvvədə saxlayıb.

Turan-ın müxbirinin verdiyi məlumata görə, məhkəmə zalında diplomatik korpus nümayəndələri var idi. Məhkumlar zala daxil olarkən alqışlar səslənib.

Prosesdə çıxış edən məhkumlardan biri – İlkin Rüstəmzadə bildirib ki, o, bir həftə karserdə saxlanılıb.

“Erməni əsirliyində olan həmvətənlərimizə qibtə edirəm. Orada belə onlara ailələri ilə ünsiyyətə icazə verirlər, mənə isə icazə verməyiblər”, deyə o bildirib.

Karserə yerləşdirilməsinin səbəbinə gəlincə, buna İnsan Hüquqları üzrə İşçi Qrupun ünvanına tənqidi nəşrləri səbəb olub.

Sonradan çıxış edən vəkillər bildiriblər ki, ibtidai istintaq və məhkəmə prosesi zamanı bütün ittihamlar təsdiqini tapmayıb ki, bu da müttəhimlərin təqsirsizliyini sübut edir.

Bununla əlaqədar olaraq, vəkillər məhkəməni müttəhimlərə bəraət verməyə çağırıblar.

Müşavirədən sonra hakim birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladığını və apellyasiya şikayətini təmin etmədiyini elan edib.

Vəkil Elton Quliyev məhkəmənin qərarını jurnalistlərə şərh edərkən bildirib ki, qərarı qanunsuz hesab edir və kassasiya şikayəti verəcək.

Xatırladaq ki, mayın 6-da Ağır Cinayətlər Məhkəməsi NİDA-nın 8 gənc fəalını kütləvi iğtişaşlar hazırlamaqda, narkotik və partlayıcı maddə saxlamaqda təqsirli bilərək, 6 ildən 8 ilədək azadlıqdan məhrum edib.

Amnesty İnternational 8 məhkumun hamısını vicdan məhbusu kimi tanıyıb. Sonradan həbs edilən İlkin Rüstəmzadə də NİDA-ya qoşulub.

Sonradan müttəhimlərin 3-ü dövlət başçısına əvf xahişi ilə müraciət ediblər. Bundan sonra 3 fəal əvf olunub.

299 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Apellyasiya Məhkəməsi NİDA fəallarını həbsdə saxlayıb

16 Aralık 2014

By
@
backtotop