Mədət Quliyev: Leyla Yunusun səhhətində problem yoxdur

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyev hüquq müdafiəçisi Leyla Yunusun səhhəti və saxlanma şəraiti haqqında danışıb.

O, jurnalistlərə bildirib ki, Leyla Yunus təcridxanada ümumi qaydalara uyğun olaraq hamı ilə birgə saxlanılır. “Bəzi dağıdıcı mətbuat orqanları həqiqətə uyğun olmayan məlumatlar yayır. Gülünc məsələlər irəli sürürlər, guya ona yemək verilmir. Bunlar yalandır”, deyə o qeyd edib.

Quliyev bu günlərdə QHT nümayəndələrinin Yunusun saxlanıldığı kamerada olduğunu deyib. “QHT nümayəndələri Leyla Yunus saxlandığı təcridxanada olub. Onun səhhətində heç bir problemin olmadığını görüblər. Leyla Yunus həkimləri təhqir edib, onlara ağır sözlər deyib, özünü tərbiyəsiz aparıb”.

Mədət Quliyev həbsdə olan jurnalist Xədicə İsmayılında Leyla Yunusla eyni təcridxananda saxlandığına diqqət çəkib. “Xədicə İsmayıl da təqsirləndirilən şəxsdir, həmin qaydalarla ona da diqqət var. Amma Xədicə İsmayıl deyir ki, saxlanma şəraiti normaldır. Ona qarşı da heç bir təzyiq yoxdur”, deyə o qeyd edib.

325 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Mədət Quliyev: Leyla Yunusun səhhətində problem yoxdur

12 Aralık 2014

By
@
backtotop