Ötən ilin 7 ayı ilə müqayisədə dövlət büdcəsinin gəlirləri 2,5% azalıb

2014-cü ilin yanvar-iyulunda dövlət büdcəsinin gəlirləri ötən ilin 7 ayı ilə müqayisədə 2,5% azalaraq 11,1 mlrd manat (ÜDM-in 32,6%-i) olub. Büdcə xərcləri isə 0,9% artaraq 10,3 mlrd manat (ÜDM-in 30,3%-i) təşkil edib. Profisit 774 mln manat və ya ÜDM-in 2,3%-dir. Dövlət büdcəsinin gəlirlərində azalma yanvardan başlayıb.

Dövlət büdcəsinin gəlirlərinin 39,6%- və ya 4,4 mlrd manatı Vergilər Nazirliyi, 868,1 mln manat və ya 7,8%- gömrükçülər, qalan məbələr, o cümlədən ARDNF 5,8 mlrd manat və ya 52,6% təmin edib.

Ötən dövrdə ƏDV üzrə 1,8 mlrd manat və ya 16%, mənfəət vergisi üzrə 1,6 mlrd manat və ya 14,2%, gəlir vergisi üzrə 549 mln manat, aksiz vergisi üzrə 466,5 mln manat, əmlak vegisi üzrə 82,6 mln manat, torpaq vergisi üzrə 21 mln manat, mədən vergisi üzrə 74,9 mln manat, xarici iqtisadi əlaqələr vergisi üzrə 431,9 mln manat mədaxil olub.

Xərclərdə investisiyalar üstünlük təşkil edib – 4,6 mlrd manat və ya 45%. Maaş, pensiya və müavinətlərə 21,7% və ya 2 mlrd 233,5 mln manat, sosial təminat və müdafiəyə 1,1 mlrd manat (10,8%), təhsilə 833,3 mln manat (8,1%), səhiyyəyə 345,8 mln manat (3,4%), prokurorluq, təhlükəsizlik, hüquq mühafizə orqanları, məhkəmə orqanlarının saxlanmasına 562,6 mln manat (5,5%) xərclənib.

2014-cü ilin dövlət büdcəsi 18,384 mlrd manat, xərclər 20,063 mlrd manat təsdiq edilib. Mərkəzləşdirilmiş gəlirlər 17 mlrd 601,58 mln manatdır.

298 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Ötən ilin 7 ayı ilə müqayisədə dövlət büdcəsinin gəlirləri 2,5% azalıb

30 Ağustos 2014

By
@
backtotop