Kəskin istilərlə əlaqədar açıq hava şəraitində işlərin dayandırılması tapşırığı verilib

Çərşənbə günü Azərbaycanda havanın temperaturunun 41 dərəcədən yuxarı olduğu nəzərə alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) idarə, müəssisə və təşkilatlarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə açıq hava şəraitində işlərin saat 17.00-dək dayandırılması haqda  işəgötürənlərə göstəriş verilib. Bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi  məlumat verib.

DƏMX  bildirir ki, əmək məcəlləsinin 233-cü maddəsinə uyğun bütün işəgötürənlər, mülkiyyət formasından asılı olmayaraq, acıq havada və soyuducu qurğuları olmayan, örtülü yerlərdə bütün növ işləri dayandırmalı və yaxud işçilərin sərinləməsi üçün fasilələr verməlidirlər. Fasilənin sayı və müddəti  işəgötürənlə  Həmkarlar  İttifaqının  birgə qərarı əsasında müəyyən olunur. Verilmiş bütün fasilələr iş vaxtına daxil edilir və aylıq tarif maaşına hesablanır.

Əmək məcəlləsindən irəli gələn müvafiq tələblərin yerinə yetirilməməsinə görə işəgötürənlərə İnzibati Xətalar Məcəlləsi (İXM) ilə məsuliyyətə cəlb oluna biləcəkləri xəbərdalığı edirlir. İXM-nin 54-cü maddəsinə əsasən, işçilərin əməyinin mühafizəsi qaydalarının pozulmasına görə işəgötürənlərin 1000 manatdan 2000 manata qədər cərimə olunması nəzərdə tutulur.

DƏMX tərəfindən hazırda ölkənin bütün regionları, xüsusən aran zonaları üzrə bu sahədə vəziyyətə dövlət nəzarətini təmin etmək üçün işçi  qruplar yaradılıb.

321 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Kəskin istilərlə əlaqədar açıq hava şəraitində işlərin dayandırılması tapşırığı verilib

20 Ağustos 2014

By
@
backtotop