Kommunal xidmət səviyyəsi aşağıdır

2000-ci ildə ölkənin mənzil fondunun 27,7%-i, 1 iyul 2014-cü il üçün 8,8%-in isti su ilə təchiz edilib. Dövlətstatkomda bunu müqayisədə normal sayırlar (2012-13-cü illərdə 5,2%, 2011-ci ildə 4,7%).

 “Azəristiliktəchizat” ASC-nin  avadanlığının  80%-i Bakıda cəmləşib. Xidmət səviyyəsi azalsa da, dövlət maliyyələşməsinə təsir etməyib.

Dövlətstatkoma görə, isitmə sistemi ilə bağlı işlər (64,8%) daha yaxşıdır. Ekspertlər bu rəqəmi şişirdilmiş sayır, çünki hətta paytaxtda əhalinin çoxu kombilərdən istifadə edir.

2008-13-cü illərdə dövlət büdcəsindən isitmə sisteminə 112 mln manat ayrılıb, daha 109 mln manat büdcə vəsaiti bu SC-yə investisiya kimi yönəldilib. Bu, hər il səmərəsiz təsərrüfatçılıq üçün 36,8 mln manat deməkdir.

Dövlətstatkom bildirir ki, bu ilin avqustu üçün əhalinin 87,1%-i su, 85,1% kanalizasiya ilə təmin edilib. Qazlaşma səviyyəsi 92,1%-dir.

Qeyd. Dövlətstatkom uçot zamanı özəlləşdirilməmiş mənzilləri və tikinti kooperativlərinin balansında olan mənzil fondunu nəzərdə tutur.

250 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Kommunal xidmət səviyyəsi aşağıdır

28 Ağustos 2014

By
@
backtotop