Zığ sakinləri məmur özbaşınalığına etiraz edir

Zığ qəsəbəsinin bir qrup sakini çərşənbə axşamı Beynəlxalq Mətbuat Mərkəzində qəsəbənin problemlərinə dair mətbuat konfransı keçirib.

Qəsəbə sakini Cavad Ağabalayev Zığın işsizlik, qaz, su, işıq, yol, kanalizasiya sistemi kimi problemləri olduğunu deyib. Bu azmış kimi, qəsəbə sakinlərinə örüş yeri kimi ayrılan 30 ha sahənin ətrafının bir müddətdir ki, hasarlandığı nəzərə çatdırılıb. Bundan əlavə, qəsəbə sakinlərinə işığa, qaza görə əsası və mənbəyi bilinməyən külli miqdarda borclar yazılan bildirişlər gəlir.

C.Ağabalayev deyib ki, yayılan söz-söhbətə görə, həmin örüş yeri ərazisində hündürmərtəbəli binalar tikilməsi nəzərdə tutulur. C.Ağabalyev bu ərazidə bu binaları əvvəlcə Nəqliyyat Nazirliyinin, sonra Fövqəladə Hallar Nazirliyinin, daha sonra isə deputat Mehriban Əliyevanın tikdirəcəyi haqda şaiyələr yayıldığını nəzərə çatdırıb. “Bu sözlərin hansının doğru, hansının  yalan olduğunu biz də bilmirik, amma doğru olan budur ki, sakinlərin 30 ha örüş yeri hasarlanıb və sakinlər ondan istifadə edə bilmirlər”, deyə C.Ağabalayev qeyd edib.

Sakinlər hakimiyyət orqanlarına bu ərazinin 2002-ci ildə mərhum dövlət başçısı Heydər Əliyevin sərəncamı ilə əhaliyə örüş yeri kimi verildiyini bildirsələr də, məmurlar sərəncamın artıq “köhnəldiyini” deyirlər. Suraxanı rayon məmurları sakinlərə Zığ şəhər tipli qəsəbə olduğu üçün örüş yeri verilməsinin doğru olmadığını bildirirlər. “Əgər Zığ şəhər tipli qəsəbədirsə, o zaman bizi şəhər tipli işlə də təmin edin, bizim sakinlər elə ən çox işsizlikdən əziyyət çəkir”, – deyə C.Ağabalayev qeyd edib.

Rayon icra hakimiyyətinin hələ 2012-ci ildə qəsəbənin problemlərinin həll olunacağı ilə bağlı verdiyi vədlərin yerinə yetirilmədiyi vurğulanıb. Zığ qəsəbəsində mövcud duruma isnadən Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramının elə kağız üstündə qaldığı nəzərə çatdırılıb.

Natiqlər qəsəbədə daha bir problem kimi yerli idarəetmə qurumlarında yerli adamların işləməməsini göstəriblər. “Qəsəbə bələdiyyəsində yerli adam yoxdur, kənardan gələn şəxslərsə qəsəbənin problemlərini bilmir, əhaliyə canı yanmır, problemlər də həllini tapmır”, deyə Ağasəda İsmayılov qeyd edib. Onun fikrincə, ölkənin bütün bölgələrindən gələnlər Bakıda işlə təmin olunurlar, bircə yerli Bakı əhalisinə iş verilmir.

İşıq probleminə toxunan A.İsmayılov adına 3700 manat işıq borcu yazıldığını söyləyib. Özü də bu məsələdə o, tək deyil, qəsəbə sakinlərinin çoxunun adına belə borc bildirişləri olduğu açıqlanıb. A.İsmayılov nə qədər çalışsa da, problemin həllinə nail ola bilmədyini söyləyib.

Su problemilə bağlı danışan sakinlər Qaraçuxurdan nasosla qəsəbəyə vurulan suyun içməyə yararlı olmadığını, kimin imkanı varsa maşınla kəndə su gətirdiyini deyiblər. Nə qədər danışılsa da, Günəşildən öz axarı ilə Zığa gələ biləcək su xəttinin çəkilmədiyi vurğulanıb.

Qəsəbə sakini Rafiq Səlimov qəsəbənin müəyyən hissəsinə Fövqəladə Hallar Nazirlyinin “sürüşkən zona” olması haqda Nazirlər Kabinetinə arayış verdiyini söyləyib. Mart ayında arayış verilərkən həmin ərazidə 79 ev olduğunu deyən R.Səlimov hazırda adı keçən ərazidə evlərin sayının 107-yə çatdığını bildirib. Rayon icra hakimiyyəti, qəsəbə nümayəndəliyi həmin “sürüşmə” zonasında  yaşayanlara evlərini tərk etmələri, hər-hansı xoşagəlməz hadisə olarsa, buna görə məsuliyyət daşımayacaqları haqda bildirişlər göndəriblər. “Bu bildirişləri göndərənlər insanlardan evləri tərk etmələrini tələb edirlər, amma haraya köçmələrini bildirmirlər, insanlar taleyin ümidinə buraxılır”, deyə R.Səlimov hadisəyə münasibətini bildirib.

Bu məsələnin üstündən 8 ay keçir. R.Səlimov baş nazirin müavini Abid Şərifovla görüşə bilmək üçün dəfələrlə müraciət etsə də, görüşün alınmadığı bildirilib.

Sakinlərə görə, problemlərin həllini tapmamasının bir səbəbi də şikayətlərin şikayət edilən təşkilatlara göndərilməsi ənənəsidir. “Nəqliyyatdan şikayət edirsən, şikayət Nəqliyyat Nazirliyinə, “Azərsu”dan şikayət edirsən “Azərsu”ya və s. göndərilir. Bu ənənəyə son qoymaq lazımdır”, deyə A.İsmayılov bildirib.

Bütünlükdə isə sakinlər dövlət başçısı İlham Əliyevə müraciət edərək, qəsəbəyə aid 30 ha sahənin sakinlərin istifadəsinə qaytarılmasına yarıdmçı olmasını istəyiblər. Həm də öz haqları uğrunda mübarizəni davam etdirəcəklərini bildiriblər.

310 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Zığ sakinləri məmur özbaşınalığına etiraz edir

25 Kasım 2014

By
@
backtotop