Özəl pensiya fondları vətəndaşa nə verəcək?

Azərbaycan hökuməti özəl pensiya fondları yaradılması imkanına baxacaq. Hələlik ölkədə Dövlət Sosial Müdafiə Fondu, bu strukturun mövqeyini möhkəmləndirmək üçün xüsusi qanunvericilik bazası var.

Özəl maliyyələşmənin şansı barədə Turan-ın sorğusuna cavab olaraq ekspert Vüqar Bayramov  qeyd edib ki, normativ aktlar dəyişdirilməlidir, əks təqdirdə ideya ölü doğulacaq. İdeya pis deyil, bir çox ölkələrdə istifadə edilir. Vətəndaşlar ayda pensiya kimi almaq istədiyi məbləğdən asılı olaraq 10, 30, 50 və daha çox valyuta vahidi ödəyir.

Özəl pensiya fondları alternativ kimi də vacibdir. Yəni vətəndaş özü fond seçə bilir. Doğrudur, vicdansız tərəfdaşlıq da olur, amma bunun üçün Mülki, Cinayət, İnzibati Xətalar Məcəlləsi var. Həmçinin DSMF-nin inhisarçılığ olmayacaq, bazar formalaşacaq, maliyyə tənzimləyici təhkim ediləcək (AMB və ya maliyyə Nazirliyi), – deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, yalnız DSMF-nin olması alternativ yola əngəldir. Hazırda işəgötürənlər DSMF-yə 25% icbari ayırma həyata keçirməlidir.

310 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Özəl pensiya fondları vətəndaşa nə verəcək?

03 Eylül 2014

By
@
backtotop