Prezident İlham Əliyev: “Aİ “Cənub” qaz dəhlizinin reallaşması üçün bürokratik əngəlləri aradan qaldırmalıdır”

“Cənub” qaz dəhlizi ilə bağlı vacib sazişin imzalanmasından sonra Azərbaycan Avropa üçün əhəmiyyətli bir tərəfdaşa çevrilir. Bu barədə prezident İlham Əliyev fevralın 6-da Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Şaxələndirmə strategiyaları” mövzusunda “dəyirmi masa”da bildirib.

“Bu gün Azərbaycandan daxil olan neft bəzi Avropa ölkələrinin enerji balansında 30-40 faiz təşkil edir. İndi isə dediyimiz kimi, növbə təbii qaza çatıb”, – dövlət başçısı vurğulayıb.

“Bizim qonşularımız olan Gürcüstan, Türkiyə, İran və Rusiya Azərbaycan qazını alırlar. 2012-ci ildə vacib bir qərar qəbul edərək Türkiyə ilə Transanadolu – TANAP qaz boru kəməri haqqında saziş imzaladıq. Bu, Avropanın enerji təhlükəsizliyində böyük bir sıçrayış oldu. Çünki bu saziş olmadan “Cənub” qaz dəhlizi layihəsi bu gün sadəcə yaxşı bir ideya olaraq qalardı”, – o bildirib.

“2013-cü ildə Transadriatik – TAP boru kəməri əsas təchizat marşrutu kimi seçilib. İndi hər şey hazırdır və biz artıq Avropanın əsas enerji və infrastruktur layihələrinin icrasına başlamışıq”, – prezident qeyd edib.

“Şahdəniz” yatağının işlənməsi, boru kəmərinin tikintisi ilə birlikdə bu layihələrin sərmayə dəyəri ən azı 45 milyard dollar həcmində olacaq.  Bizə bu komandanın bütün üzvləri arasında səmərəli əlaqələndirmə işlərinin aparılması lazımdır.

Biz bürokratiya ilə bağlı müəyyən məsələlərlə üzləşirik və biz vaxt itirə bilmərik. Çünki bu layihə istehsalçı qismində bizə, tranzit və istehlakçı ölkələrə lazımdır”, – İ.Əliyev vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycandan daxil olan qaz Avropa istehlakçılarının yaxın gələcəkdə əldə edəcəyi yeganə yeni qaz mənbəyidir. Bütün digər layihələr, o cümlədən marşrutların şaxələndirilməsi ilə bağlı layihələr mənbələrin deyil, yalnız marşrutların şaxələndirilməsini nəzərdə tutur.

“Şahdəniz” yatağında 1 trilyon kubmetrdən çox qaz ehtiyatı var. Bizim digər yataqlarla birgə təsdiqlənmiş qaz ehtiyatlarımız ən azı 2,5 trilyon kubmetr təşkil edir. Bu, on illərlə, yüz illərlə davam edəcək qaz layihəsidir. Bu layihə Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişəcək”, – İ.Əliyev hesab edir.

Dövlət başçısı bildirib ki, fevralın 12-də Bakıda “Cənub” qaz dəhlizi layihəsinin Məşvərət Şurasının birinci iclası keçiriləcək. Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanın iştirakı ilə. Beləliklə, bu ana qədər belə bir tərkibdə komanda formalaşıb.  Növbəti mərhələlərdə Horvatiya və Monteneqro da layihəyə qoşulacaq.

“Düşünürəm ki, bu layihəni bəzən çox vaxt aparan ümumi qayda və prosedurlardan uzaqlaşdırmaq üçün xüsusi bir yanaşma tətbiq olunmalıdır”, – prezident qeyd edib.

İ.Əliyev etiraf edib ki, neftin bir barrelinin qiymətinin təqribən 50 dollardan yüksək olması bu layihənin kommersiya nöqteyi-nəzərindən dayanıqlı olmasını çətinləşdirir.

Lakin bu layihə də həyata keçirilməlidir. Bu, ilk növbədə, enerji təhlükəsizliyi layihəsidir. Bu layihəyə ona cəlb olunan ölkələrin milli təhlükəsizliyinə xidmət edən layihə kimi yanaşılmalıdır.

“İşlər qrafik üzrə gedir, tikintiyə artıq başlanıb, borular sifariş olunub, podratçılar seçilib.  Biz ilk hissə olan TANAP layihəsini 2018-ci ilə qədər icra etməyi, TAP layihəsini 2020-ci ilədək yerinə yetirməyi öhdəmizə götürmüşük.”, – İ.Əliyev bildirib.

252 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Prezident İlham Əliyev: “Aİ “Cənub” qaz dəhlizinin reallaşması üçün bürokratik əngəlləri aradan qaldırmalıdır”

08 Şubat 2015

By
@
backtotop