Ebola virusunun ölkəyə daxil olmaması çün qabaqlayıcı tədbirlər görülür

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə Azərbaycan Ebola virusu ilə bağlı risk qrupuna daxil olan ölkə deyil. Ölkəmizə xəstəlik yalnız keçirilmə yolu ilə gələ bilər. Bunun qarşısını almaq üçün də səhiyyə nazirinin “Ebola virusuna qarşı profilaktik tədbirlərin keçirilməsi haqqında” müvafiq əmri olub. Hazırda profilaktik tədbirlər görülür ki, xəstəlik bizim respublikaya keçməsin. Bu barədə Respublika Taun Əleyhinə Stansiyanın şöbə müdiri Rita İsmayılova Turan agentliyinə bildirib.

Onun sözlərinə görə səhiyyə nazirinin müvafiq tapşırıqları olub. “O cümlədən Respublika Sanitariya Karantin Müfəttişliyinin rəisinə tapşırıq verib ki, sərhəd-keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqə yaratsın. Virus müşahidə edilən ölkələrdən Azərbaycana gələn insanların üzərində tibbi müşahidənin təmin edilməsi təşkil edilsin”.

Şöbə müdirinin sözlərinə görə virusun yayıldığı ölkələrdən gətirilən məhsullardan nümunələr götürülüb yoxlanılır. “Bi xəstəliyin ölkəyə keçməməsi üçün bütün qabaqlayıcı tədbirləri görürük”.

Rita İsmayılova məsləhət görür ki, xəstəliyə şübhə olarsa, həmin şəxslər Elmi Tədqiqat Ağ Ciyər İnstitutuna müraciət edə bilər. “Bu institutda palatalar yaradılıb və xüsusi şərait yaradılıb. Yəni əks təzyiqli otaqlar, simptomatik müalicə üçün dərman preparatları və s. Orada insanları qəbul etmək üçün bütün avadanlıqlar və ləvazimatlar var”.

Xəstəliyin ilkin əlamətləri yüksək hərarət, baş ağrısı, qripəbənzər simptomlar başlayır, ürəkbulanma, qusma və qanaxmalarla nəticələnir. “İnsanlar virusa yoluxmamaq üçün əsasən fərdi gigiyenik qaydalara əməl etməlidir. İnsanlar çox olan yerlərdə özünü qorumaq lazımdır. Bu zaman maskalardan istifadə edilməli, lazım olmayan əşyalara toxunmamaq, əlləri tez-tez sabunla yumaq lazımdır”.

Virus əsasən xəstə heyvanlardan, əsasən meyvə yarasaları, insanabənzər meymunlar və s. yayılır. Xəstə heyvanlara toxunan zaman onların bioloji mayeləri, – qan, sidik, tüpürcək və sairə, – eləcə də xəstə insanın da bioloji mayeləri təhlükəlidir.

176 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Ebola virusunun ölkəyə daxil olmaması çün qabaqlayıcı tədbirlər görülür

20 Ağustos 2014

By
@
backtotop