29 iyun 2004-cü ilə kimi yaradılan və ya əldə edilən daşınmaz əmlak obyektləri qanuniləşdirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə fərman verib. (http://president.az/articles/14019http://president.az/articles/14018).

Fərman Siyahıda magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşən daşınmaz əmlaka şamil edilmir.

Qeyd edək ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 29 iyun 2004-cü ildə qüvvəyə minib. Dövlət başçısının yeni fərmanına əsasən, əmlak hüququ almaq üçün 26 avqust 1948-ci ilə kimi və ya ondan sonra yaşayış evlərinin və ya bağ evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında heç olmasa bir sənəd tələb olunur.

Ekspertlər bu addımı müsbət qiymətləndirirlər. Eyni zamanda onlar hesab edir ki, siyahıya bələdiyyələrin və ya yerli icra hakimiyyətlərinin verdiyi səndələr də siyahıya salınmalıdır. Belə daşınmaz əmlak obyektləri daha çoxdur. Azərbaycanda  2000-ci illərdən 500 minədək fərdi ev tikilib. Bunun ¾-ü qanunsuz sayılır. Bələdiyyələrdən torpaq alan və ya notarial alqı-satqı ilə torpaq əldə edənlərin çoxu yerli İH-dən tikintiyə icazə ala bilməyib və bu torpaqda tikilən evlərə mülkiyyət hüququ yoxdur.

391 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

29 iyun 2004-cü ilə kimi yaradılan və ya əldə edilən daşınmaz əmlak obyektləri qanuniləşdirilir

15 Ocak 2015

By
@
backtotop