Azərbaycanda heç kəs əsassız həbsdən sığortalanmayıb

rati_konfrans“Siyasi Məhbuslarsız Azərbaycan” Alyansı çərşənbə günü RATİ-də “Azərbaycanda siyasi məhbus problemi: mövcud durum və reallıqlar” mövzusunda konfrans keçirib.

Tədbirdə son vaxtlar repressiyaların gücləndiyi, ictimai fəallıq göstərən şəxslərin kütləvi şəkildə həbsə alınmdığı, təqib və təzyiqlərə məruz qaldığı qeyd edilib. NİDA-çıların, blogerlərin, R.Mirqədirovun, QHT rəhbəri Emil Məmmədovun həbsi, hüquq müdafiəçisi Lelya Yunus və həyat yoldaşı Arif Yunusun, QHT rəhbəri Mətanət Əzizovanın təqiblərə məruz qalması nümunə kimi göstərilib. “Azərbaycanda artıq siyasi məhbuslar ad və soyada görə yox, “həbs əməli”nə görə “çeşid”lənirlər, belə ki, ölkədə “evrovision”, “hicab”, “layk, “facebook” “çeşid”li siyasi məhbuslar var”, – deyə Oqtay Gülalıyev haqsız həbslər olmasına işarə edib.

O, vətəndaş cəmiyyəti institutları təmsilçilərinin həbslərinə toxunaraq, bu sırada QHT rəhbəri Anar Məmmədli və Bəşir Süleymanlının həbslərinin əsassız olduğunu vurğulayıb. Bundan əlavə, blogerlər Əbdül Əbilov və Ömər Məmmədov barədə həbs qərarları pislənilib. Vətəndaş cəmiyyəti institutlarına bu həbslərə son qoymaq məqsədilə müzakirələr açmaq və çıxış yolları göstərmək çağırışı edilib.

Natiqlər konkert olaraq hansı mənbələrə əsaslandıqlarını izah etmədən, ölkədə 170-ə qədər siyasi məhbus olduğunu iddia ediblər. Bununla yanaşı, Alyansın  siyasi məhbus siyahısı hazırlamalı oldğunu da vurğulayıblar.

Əfv fərmanlarına gəlincə, bu fərmanların siyasi məhbus problemini həll etmədiyi, sadəcə imitasiya xarakteri daşıdığı qeyd edilib. Siyasi məhbuslar günahkar olmadıqları üçün hamısının qeyd-şərtsiz azad olunması tələb edilib. O.Gülalıyev əhali sayına görə Azərbaycanın həbsdəki insanların və eləcə də siyasi məhbus sayına görə MDB-də “lider” ölkələrdən biri olduğunu qeyd edib.

Bu həbsləri kəskin pisləyən natiqlər həm də Azərbaycanda heç kəsin belə əsassız həbsdən sığortalanmadığını da vurğulayıblar.

Tədbirə qatılan keçmiş siyasi məhbuslar, siyasi məhbusların yaxınları və ailə üzvləri birmənalı olaraq bu həbslərin siyasi sifariş odluğunu, həbs edilən, cəza alan şəxslərin heç birinin cinayəti olmadığını bəyan ediblər. Bu həbsləri ictimai-siyasi fəallıq önündə iqtidarın qorxusu kimi dəyərləndiriblər. 8 ildir ki, həbs həyatı yaşayan Səid Dadaşbəylinin anası oğlu və onunla həbs edilənlərin adlarının siyasi məhbus siyahısında olmamasına narazılıq ifadə ediblər.

Azərbaycanda istər istintaq zamanı, istərsə də cəzaçəkmə müəssisəsində müttəhim və məhbusların işgəncəyə məruz qalması da müzakirə obyekti olub. Keçmiş siyasi məhbus Elşən Həsənli bu məsələ barədə faktlar olduğunu və bunu beynəlxalq qurumların diqqətinə çatdırmağın zəruriliyini qeyd edib.

Çıxış  yollarına gəlincə, natiqlər siyasi məhbusların azad olunması üçün beyənlxalq qurumların rəsmi Bakıya təsirini artırmaq, belə həbslərə cəmiyyətin etirazını gücləndirmək zərurətini önə çəkiblər.

276 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Azərbaycanda heç kəs əsassız həbsdən sığortalanmayıb

04 Haziran 2014

By
@
backtotop