Yadigar Sadıqovun həbs müddəti azaldılıb

Bu gün Ali Məhkəmə Müsavat Partiyası sədrinin müşaviri Yadigar Sadıqovun həbs müddətini 6 ay azaldıb. Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı özünün Facebook səhifəsində yazıb.

Y.Sadıqovun hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Elman Fəttah Turan-a bildirib ki, Ali Məhkəmə Y.Sadiqova qarşı 223.3-cü maddə (silah işlətməklə xuliqanlıq törətmək) üzrə ittihamı 221.1-ci maddəyə (xuliqanlıq) tövsif edib.

Beləliklə, məhkəmə faktiki olaraq Y.Sadıqovun qanunsuz həbsini tanıyıb.

İş bundadır ki, 221.1 maddə həbs qətimkan tədbirini nəzərdə tutmur.

E.Fəttah qeyd edib ki, Y.Sadıqovun qanunsuz məhkəməyə qədərki həbsi onun siyasi motivlərlə təqib olunduğunu təsdiqləyir.

Bundan əlavə, 2014-cü ilin dekabrında Y.Sadıqov həbs müddətinin üçdə bir hissəsini çəkdiyinə görə  şərti olaraq azadlığa buraxılmasından əsassız olaraq imtina edilib.

Məhkəmə bunu koloniyadan verilmiş Y.Sadıqovun “əməyə maraq göstərməməsi” barədə sovet dövrünə xas xasiyyətnamə ilə izah edib.

Müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət vermək niyyətindədir.

*   Yadigar Sadıqov 2013-cü ilin iyununda xuliqanlıq ittihamı ilə həbs edilib. Lənkəran Şəhər Məhkəməsi ona 6  il həbs cəzası verib. Şirvan Şəhər Appelyasiya Məhkəməsi bu müddəti 2 il azaldıb.

Y. Sadıqov hüquq- müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınır.

219 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Yadigar Sadıqovun həbs müddəti azaldılıb

13 Ocak 2015

By
@
backtotop