Naxçıvanda AXCP fəalı şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib

Naxçıvan şəhər məhkəməsində bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı, qanunsuz narkotik saxlamaqda ittiham olunan Hicran Qasımovun işi üzrə proses başa çatıb. Məhkəmə onu 2,5 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Bu barədə Turan-a təqsirləndirilən şəxsin doğmaları bildiriblər.

Bir müddət AXCP-nin Naxçıvan təşkilatının sədri Yaşar Bağırsoyun verdiyi məlumata görə, Hicran Qasımov bütün narkotik ticarəti və xuliqanlıq ittihamlarını təkzib edib və onları qondarma adlandırıb.

* Hicran Qasımov ötən ilin noyabr ayında həbs edilib. Ona 234.1 (qanunsuz narkotik dövriyyəsi) və 128-ci (sağlamlığa az ağır ziyan vurma) maddələrlə ittiham irəli sürülüb. Qasımovun ailə üzvləri bildiriblər ki, onun həbsinə siyasi əqidəsi səbəb olub.

351 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Naxçıvanda AXCP fəalı şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib

03 Şubat 2015

By
@
backtotop