Baş Prokurorluq: Səid Nurinin hərəkətinin müvəqqəti məhdudlaşdırılması istintaq edilən cinayət işi ilə bağlıdır

Səid Nuriyevin hərəkətinin müvəqqəti məhdudlaşdırılması Baş Prokurorluqda istintaq edilən cinayət işi ilə bağlıdır. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.

Mətbuat xidməti bildirir ki, Azərbaycan vətəndaşı, 23 oktyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuş və hazırda Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, mənzil 9 ünvanında qeydiyyatda olan Nuriyev Səid Fikrət oğlunun hərəkətinin müvəqqəti məhdudlaşdırılması Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi ilə bağlıdır.

S.Nuriyevin həmin cinayət işi üzrə şahid qismində dindirilməsi və həyata keçiriləcək bəzi istintaq hərəkətlərində iştirakı zərurəti yaranıb. O, Azərbaycan vətəndaşlığından çıxması ilə bağlı müvafiq dövlət orqanına müraciət etməyib.

Qüvvədə olan qanunvericiliyə görə, bu halda Azərbaycan vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyəti S.Nuriyevə münasibətdə tanınmır.-

309 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Baş Prokurorluq: Səid Nurinin hərəkətinin müvəqqəti məhdudlaşdırılması istintaq edilən cinayət işi ilə bağlıdır

06 Eylül 2014

By
@
backtotop