“Robert Cekutanın ABŞ-Azərbaycan münasibətlərində dönüş yaradacağına inanırıq” – ADİHİ

ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfirinin demokratiya və insan haqları məsələsinə həssas yanaşacağına ümid edirik

Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Robert Cekuta Fevral ayının 12-də Bakıya gələcək. Məhz bu tarixdən sonra ABŞ ilə Azərbaycan arasındakı münasibətlərdə yeni səhifənin açılması gözlənilir.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu olaraq, ABŞ-ın yeni səfirinin təyin olunmasının iki ölkə arasındakı münasibətlərə müsbət təsir edəcəyinə ümid edir və səfir Robert Cekutanın Azərbaycanda demokratiya, insan haqları və fundamental azadlıqlar məsələlərinə xüsusi önəm verəcəyinə inanırıq. ABŞ-ın xarici siyasətində prioritet elan etdiyi demokratiya və insan haqları məsələlərinin səfir Robert Cekutanın timsalında sonadək müdafiə olunacağına, vətəndaş cəmiyyəti fəallarının və azərbaycanlı əsirlərin hüquqlarının qorunmasında, habelə işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərin azad olunması məsələsində ABŞ-ın birmənalı şəkildə Azərbaycanı müdafiə edəcəyinə və bununla da haqqın yanında olacağına əminliyimizi ifadə edirik.

Səfir Robert Cekutaya Azərbaycandakı fəaliyyətində uğurlar arzulayır və iki ölkə arasındakı münasibətlərə öz töhfəsini verməsini diləyirik.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu
05 Fevral 2015-ci il, Bakı, Azərbaycan

320 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

“Robert Cekutanın ABŞ-Azərbaycan münasibətlərində dönüş yaradacağına inanırıq” – ADİHİ

05 Şubat 2015

By
@
backtotop