Ceyms Uorlik kəlbəcərli əsirlərin azad olunmasını tələb etdi

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik aşağıdakı suallara cavab verib:

Sual: İki nəfər Kəlbəcərdə girov götürülmüş azərbaycanlılara qarşı təşkil olunmuş məhkəmə barədə ABŞ-ın mövqeyini bilmək istəyərdik.

Cavab: Biz aidiyyəti olan rəsmiləri, iki nəfər məhbusun Azərbaycan hökümətinə qaytarılmasına çağırırıq. Bu kimi humanist addım tərəflər arasında etimadın yaradılmasına və gərginliyin azaldılmasına yardım edə bilər. Həm keçmiş təcrübədə olduğu kimi, həm də Həştərxan Bəyannaməsinə uyğun olaraq tərəflər girovların qaytarılması istiqamətində razılığa gəlmişlər və  biz ümid edirik kı, vəziyyətdən çıxış üçün eyni addımlar bu dəfə də atıla bilər.

Sual: ABŞ, Türkiyə və Almaniyanın daxil olması ilə həmsədrlərin formatının genişləndirilməsi təkliflərə necə baxırsınız?

Cavab: Minsk Qrupu prosesi, tərəflər arasinda danışıqların aparılması üçün, yeganə qəbul olunmuş formatdır. Həmsədrlər, Dağlıq Qarabağ münaqişəsinin uzun müddətli (davamli) həll olunmasına nail olmaq üçün üzərinə götürdükləri öhdəliklərə tam sadiqdirlər. Bununla  belə, biz ATƏT sədrinin mandatı çərçivəsində, tərəflərin xahişi ilə fəaliyyət göstəririk. Nə qədər ki, tərəflər bizim vasitəçi rolumuzu faydalı hesab edir, biz sülhün əldə olunmasına yönəlmiş fəaliyyətimizi davam etdirəcəyik.

340 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Ceyms Uorlik kəlbəcərli əsirlərin azad olunmasını tələb etdi

04 Şubat 2015

By
@
backtotop