“ABŞ əleyhinə aparılan təbliğat Azərbaycanın milli maraqlarına ziddir” – ADİHİ

Bəzi internet saytlarda və sosial şəbəkələrdə məqsədyönlü şəkildə ABŞ əleyhinə aparılan təbliğat Azərbaycanı sevməyən qüvvələr tərəfindən həyata keçirilir

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında möhkəm siyasi əlaqələr mövcuddur. ABŞ Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci il tarixində tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il fevralın 28-də qurulub. 1992-ci ilin martında ABŞ-ın Azərbaycanda səfirliyi, 1992-ci ilin noyabr ayında isə Azərbaycanın bu ölkədə səfirliyi yaradılıb. Bu günə kimi iki ölkə arasında yüzə yaxın sənəd imzalanıb və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza formalaşdırılıb.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu olaraq, son günlər Azərbaycanın bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə məqsədyönlü şəkildə ABŞ-Azərbaycan münasibətlərinə zərbə vurmaq, tərəflər arasında süni gərginlik yaratmaq və ABŞ əleyhinə təbliğat aparılması hallarını müşahidə edir və bundan dərin narahatçılıq hissi keçiririk. Azərbaycanı Qərbə inteqrasiya prosesindən uzaqlaşdırmağa və regionda təhlükəsizliyi ciddi təhdid altına almağa çalışan qüvvələr tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən bu kampaniyanın məqsədi təkcə ABŞ-ın regiondakı nüfuzunu azaltmağa deyil, habelə Azərbaycan Respublikası ilə ABŞ arasında mövcud olan möhkəm strateji əlaqələri pozmağa yönəlib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu bir daha xatırladır ki, ABŞ Azərbaycana üç regionun – Yaxın Şərq, Avropa və Asiya regionlarının kəsişdiyi nöqtədə yerləşən strateji tərəfdaş kimi baxır. 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycan özünün zəngin neft və qaz ehtiyatlarını Qərb bazarına açmaq və xarici investorlar, o cümlədən ABŞ şirkətləri ilə ticarət əlaqələrini inkişaf etdirmək qərarını verib. Nəticədə, Azərbaycan qlobal enerji təchizatının diversifikasiyasında və möhkəmləndirilməsində əsas iştirakçi kimi ortaya çıxıb. Azərbaycanın boru kəmərləri Xəzər dənizini Qərblə birləşdirən əsas arteriyalara çevrilib.

Daha sabit və çiçəklənən Azərbaycan daha sabit və çiçəklənən Qafqaz deməkdir. Bu, mürəkkəb bir regionda sülh üçün daha çox imkanlar vəd edir. Və bu, heç bir dövlətin təkbaşına öhdəsindən gələ bilməyəcəyi terrorizmdən tutmuş maliyyə böhranlarına qədər bütün qlobal təhlükələrlə mübarizədə daha etibarlı tərəfdaş vəd edir.

Buna görə də, Amerika Birləşmiş Ştatları Azərbaycanla münasibətlərə bu qədər xüsusi önəm verir. ABŞ Azərbaycanın bazar iqtisadiyyatına malik demokratik bir dövlətə çevrilməsini və uğur qazanmasını istəyir, Azərbaycanın öz qonşuları ilə sülh şəraitində yaşamasını və regionda sabitliyə nail olunmasında mərkəzi rol oynamasına çalışır. Bu məqsədlər yalnız Azərbaycanın öz maraqlarında deyil, həm də ABŞ-ın ümumi maraqlarındadır.

Güclü Azərbaycan-ABŞ tərəfdaşlığı bu gün həmişə olduğundan daha da əhəmiyyətlidir. Elə böyük qlobal problemlər var ki, heç bir ölkə təkbaşına onların öhdəsindən gələ bilməz. Bütün ikitərəfli münasibətlərdə olduğu kimi, ABŞ-Azərbaycan münasibətlərində də maraqların üst-üstə düşmədiyi vaxtlar olur. Azərbaycan Respublikası müstəqil, suveren və unitar dövlət olaraq, öz siyasətini də müstəqil şəkildə həyata keçirir və hər hansı bir ölkənin kənar müdaxilələri qəbuledilməzdir.

Lakin ABŞ və Azərbaycan arasında ortaq paylaşılan sahələr hələ də qalmaqdadır. Təhlükəsizlik, enerji və demokratik islahatlar sahəsində olmasından asılı olmayaraq, ABŞ Cənubi Qafqaz regionunun transformasiyası və onun geosiyasi və iqtisadi potensialının daha da inkişaf etdirilməsi üçün tarixi imkanlara malikdir.

ADİHİ inanır ki, bu qeyri-adi vəzifəni həyata keçirmək üçün Azərbaycan və ABŞ-ın bir-birinə ehtiyacı var və bütün çətinliklərin öhdəsindən birlikdə gələcəyik.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu
15 Yanvar 2015-ci il, Bakı şəhəri, Azərbaycan

1.058 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

“ABŞ əleyhinə aparılan təbliğat Azərbaycanın milli maraqlarına ziddir” – ADİHİ

15 Ocak 2015

By
@
backtotop