Daha bir konqresmen Xədicə İsmayılovanın azad ediməsinə çağırıb

ABŞ Nümayəndələr Palatasının üzvü, Avropa və Avrasiya vəüzrə altkomitənin sədri Dana Rohrabaher “Azadlıq” radiosuna qarşı təzyiqləri pisləyib.

Onun bəyanatında deyilir: “Azərbaycanın dünyanın bu vacib hissəsində Amerikanın dəyərli müttəfiqidir. Ancaq hökumətin “Azadlıq” radiosuna qarşı son hərəkətləri bu münasibətlərin möhkəmlənməsinə xidmət etmir.

Araşdırmaçı jurnalist Xədicə İsmayılovanın həbsi və daha sonra “Azadlıq” radiosunun ofisində aparılan axtarış hökumətin azad media və ictimai fikri məhdudlaşdıran hərəkətləri sırasında sonuncudur”, – konqresmen vurğulayıb.

O ümidvar olduğunu bildirib ki, ABŞ-ın Azərbaycanla münasibətlərinə dair dinləmələr keçiriləcək. Bu dinləmələr narahatlıq doğuran və əməkdaşlığın güclənməsinin vacib olduğu ərazilərin müəyyənləşməsinə yardım edəcək.

Rorabaher X.İsmayılovanı azad etməyə çağırıb. “Belə bir hərəkət düzgün istiqamətdə addım və Azərbaycanın müsbət niyyətlərinin əlaməti olar”, – bəyanatda qeyd olunur.

Xatırladaq ki, bundan öncə də bir neçə amerikalı konqresmen X.İsmayılovanın azad edilməsinə çağırıb.

362 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Daha bir konqresmen Xədicə İsmayılovanın azad ediməsinə çağırıb

14 Ocak 2015

By
@
backtotop