Vaşinqton Azərbaycanda müstəqil səsləri dəstəkləməyə davam edəcək

Yanvarın 12-də Vaşinqtonda Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair dinləmələr keçirilib. Müzakirə iştirakçıları ümumi fikrə gəliblər ki, ABŞ müstəqil səsləri dəstəkləməyə davam edəcək,  eyni zamanda ölkə hakimiyyəti ilə münasibətləri yaxşılaşdırmaq cəhdlərinə son verməyəcək.

“Biz Azərbaycanla hökumət səviyyəsində  daha fəal əməkdaşlıq istəyirik”, – ABŞ dövlət katibinin demokratiya və insan hüquqları üzrə köməkçidi Tomas Melia  bildirib.

“Vacib olan budur ki, Azərbaycan hökumətindəki  tərəfdaşlarımız bizim maraqlarımızın əslində nədən ibarət olduğunu anlasınlar – biz Azərbaycan üçün sabitlik və rifah istəyirik və düşünürük ki, bunun yolu müstəqil səslərə maksimum hörmətdən,  onlara müasir cəmiyyətdə etmək istədiklərini həyata keçirmək üçün imkan yaratmaqdan keçir”, – o bildirib.

Müzakirələr Demokratiyaya Milli Dəstək Fondu (NED) tərəfindən təşkil edilib və “Azərbaycanda müstəqil səslərin susdurulması” adlanıb.

Tədbir iştirakçıları diqqəti həbslərə, ictimai fəalların və KİV təmsilçilərinin təqib olunmasına, ölkədə fəaliyyət göstərən qərb QHT-lərin bağlanmasına yönəldiblər.

Tomas Melia qeyd edib ki, ABŞ və Azərbaycan arasında tərəfdaşlığı artırmaq üçün rəsmi Bakı müstəqil səslərə dözümlülük göstərməlidir. “Ölkə vətəndaşlarının fundamental azadlıqlarını – ifadə və birləşmək azadlığını həyata keçirmək hüququnun tanınması çox  vacibdir”, – T. Melia vurğulayıb.

ABŞ-ın Azərbaycandakı yeni səfiri Robert Sekyuta bir neçə həftədən sonra  hakimiyyətlə dialoqa başlamaq üçün Bakıya gələcək.  Bu, eləcə də Vaşinqtonun digər nümayəndələrinin Bakıya səfərləri gələcək əməkdaşlıq üçün mühüm məqam olacaq.

“Azadlıq” radiosunun bağlanması ətrafında  vəziyyətə toxunan Melia eyd edib ki, Vaşinqton radiostansiyanı dəstəkləməyə davam edəcək və “bunu mümkün olduğu qədər güclü edəcək”.

“Azadlıq” radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Əliyev xatırladıb ki, Azərbaycan çoxdandır ki, sistematik şəkildə beynəlxalq KİV və QHT-ləri təqib edir,  Rusiyada olduğu kimi, KİV-i tam nəzartinə götürmək istəyir.

Son vaxtlar Azərbaycan hakimiyyəti faktiki olaraq İREX, Milli Demokratiya İnstitutu, Sülh Korpusu  kimi Amerika təşkilatlarını ölkədən  çıxarıb.

Başqa məruzəçi-  Bakı Dövlət Universitetinin professoru Altay Göyüşov qeyd edib ki, bütün bu proseslər Azərbaycanın  Avropa Şurası Nazirlər Komitəsinin sədrliyi fonunda baş verib.

“Avropa Şurasına daxil olmazdan əvvəl Azərbaycan daha demokratik idi və bu təşkilata üzvlük Azərbaycanı dəyişmədi,  əksinə, Azərbaycan hakimiyyəti Avropa Şurasını dəyişdi”, – A.Göyüşov vurğulayıb.

Onun fikrincə, qanunun aliliyinin olmaması dini radikallara yol açır və bu, çox təhlükəlidir.

Rusiya və Avrasiyada NED layihələrinə rəhbərlik edən Miriam Lanskoy deyib ki,  Azərbaycanda jurnalistlər, hüquq müdafiəçiləri və vəkilləri həbs etmək üçün  cinayət işləri saxtalaşdırılır. Ölkədə 100-ə yaxın siyasi məhbus var, ölkə özü isə azadlığın səviyyəsinə görə artıq Özbəkistanla bir sırada durmağa başlayıb.

“Əgər Freedom House-un 90-cı illərin sonları üçün Azərbaycan üzrə göstəricilərinə baxsaq, görərik ki,  ölkə Gürcüstan və Ermənistanla yanaşı idi, lakin hazırda Azərbaycan aşağıya doğru  yuvarlanır”, – o vurğulayıb.

355 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Vaşinqton Azərbaycanda müstəqil səsləri dəstəkləməyə davam edəcək

13 Ocak 2015

By
@
backtotop