Əhməd Şahidovun ATƏT-in Vyana toplantısındakı çıxışı amerikalı diplomatın etirazına səbəb oldu – VİDEO

Sərbəst toplaşmaq azadlığı ATƏT-də müzakirə olunub
Aprelin 16-da Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in növbəti toplantısı keçirilib. ATƏT coğrafiyasında sərbəst toplaşmaq azadlığının vəziyyətinə həsr olunmuş bu dəfəki müzakirələr ilk anlardan gərgin keçib.

ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer öz çıxışını Azərbaycan üzərində quraraq, rəsmi Bakını sərt tənqid edib və Azərbaycanda sərbəst toplaşmaq azadlığının məhdudlaşdırıldığını iddia edərək, həbs olunmuş QHT nümayəndələri, hüquqşünas və jurnalistlər barədə danışıb.

Daha sonra çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Azərbaycanda sərbəst toplaşmaq azadlığının durumu barədə məlumat verib, Milli Şuranın son etiraz aksiyalarında aparılan monitorinqin nəticələri haqqında danışıb.

ABŞ-in ATƏT-dəki səfiri Daniel Bayerin çıxışına cavab olaraq, ABŞ-dakı son hadisələri xatırladan Əhməd Şahidov amerikalı polislərin qara dərili insanları küçənin ortasında güllələdiyini deyərək, rəsmi Vaşinqtonun demokratiya adı altında yürütdüyü siyasəti sərt tənqid edib və səfir Daniel Bayerin ikili standartlardan çıxış etdiyini bildirib. Azərbaycanda heç vaxr polisin küçədə adam öldürmədiyini, etiraz aksiyalarında rezin güllələrdən istifadə olunmadığını deyən ADİHİ rəhbəri Əhməd Şahidov ABŞ və Avropanın digər ölkələrində vəhşicəsinə dağıdılan etiraz aksiyalarına göz yumulduğunu və bunun ikili standart olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Əhməd Şahidovun çıxışından dərhal sonra ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer tədbiri tərk edərək, səslənən fikirlərə münasibət bildirməkdən yayınıb.

osce1 osce osce_16.04.2015 osce_16.04.2015-1

208 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Əhməd Şahidovun ATƏT-in Vyana toplantısındakı çıxışı amerikalı diplomatın etirazına səbəb oldu – VİDEO

16 Nisan 2015

By
@
backtotop