ABŞ prezidenti Azərbaycan səfiri postuna namizədi irəli sürüb

68744
ABŞ prezidenti Barak Obama Robert Sekyutanın ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini irəli sürüb.

Hazırda Sekyuta ABŞ dövlət katibinin Energetika Bürosu üzrə köməkçisinin müavinidir. Əvvəllər ABŞ-ın Tokio və Berlindəki diplomatik nümayəndəliklərində çalışıb və iqtisadi məsələlərlə məşğul olub.

Ağ Ev tərəfindən namizədliyi elan edildikdən sonra məsələyə Senatın Xarici Əlaqələr Komitəsində baxılacaq. Bundan sonra namizədlik Senatın ümumi iclasında təsdiqlənməlidir. Məlumatı Turan-ın Vaşinqton müxbiri verib.

Vaşinqtondakı bəzi müşahidəçilər güman edirlər ki, bu namizədliyin təsdiqlənməsi asan olmayacaq. Bu, Azərbaycanda vətəndaş cəmiyyətinin sıxışdırılması ilə əlaqədar Amerika-Azərbaycan münasibətlərində artan gərginliklə bağlıdır. Amerikalı donorlarla əməkdaşlıq edən qeyri-hökumət təşkilatlarının işinə hakimiyyət tərəfindən əngəl törədilməsi faktları xüsusi narahatlıq doğurur.

Bu yaxınlarda NDİ-in Bakı ofisinin rəsmən bağlanması, həmçinin Azərbaycanda sabitliyin pozulmasına cəhdlə bağlı Amerikanın ünvanına ittihamlar xoşagəlməz atmosfer yaradır və səfirin namizədliyinin təsdiqlənməsini çətinləşdirə bilər.

ABŞ paytaxtındakı bəzi mənbələr düşünürlər ki, səfir “energetika”dan çox “demokratiya” mövzusuna yaxın olmalıdır. Bununla əlaqədar ABŞ-dakı bəzi rəsmi şəxslər “bu sahədə vəziyyətin çox pisləşməsi və avtoritarizmin artması” ilə bağlı demokratiya məsələsində Azərbaycanın beynəlxalq öhdəliklərə əməl etməsinin vacibliyini prezident İlham Əliyevin qarşısında qaldırıblar.

İndiki səfir Riçard Morninqstar iyulun sonlarında Bakını tərk edir. O, Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyətinin sıxışdırılmasına son qoymağa çağırdıqdan sonra son aylar rəsmi Bakı tərəfindən tənqidlərə məruz qalıb.

262 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ABŞ prezidenti Azərbaycan səfiri postuna namizədi irəli sürüb

09 Temmuz 2014

By
@
backtotop