Anar Məmmədli 13 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb

13 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüş hüquq müdafiəçisi Anar Məmmədlinin karantin müddəti başa çatıb, bu barədə onun doğmaları bildirib.

Sağlamlığında müəyyən problemlər olmasına baxmayaraq, Məmmədli ruh yüksəkliyini qoruyub saxlayır. O, saxlanma şəraitindən şikayət etməyib, lakin cəzaçəkmə müəssisəsinin ekoloji cəhətdən əlverişsiz yerdə yerləşdiyini, yaxınlıqda çoxsaylı karxanalar olduğunu qeyd edib.

Cəzaların İcrası Məcəlləsinə əsasən, Məmmədli yaşayış yerinə ən yaxın cəzaçəkmə müəssisəsində – yəni Bakı ərazisindəki cəzaçəkmə müəssisələrindən birində saxlanılmalıdır.

*Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri Anar Məmmədli 17 dekabr 2013-cü ildə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz sahibkarlıq, vəzifə mövqeyindən sui-istifadə və vergi ödənişindən yayınma ittihamları ilə 5,5 il müddətinə azadlıqdan məhrum edib.

381 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Anar Məmmədli 13 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb

06 Ocak 2015

By
@
backtotop