Amnesty İnternational İntiqam Əliyevin vəziyyətindən narahatdır

Amnesty İnternational beynəlxalq hüquq-müdafiə təşkilatı “vicdan məhbusu” İntiqam Əliyevin səhhətinin pisləşməsindən və ona tibbi yardımın göstərilməsindən imtina edilməsindən narahatdır.

Amnesty İnternational Azırbaycan hakimiyyətini İ.Əliyevi dərhal azad etməyə və ona lazımi yardımın göstərilməsini təmin etməyə çağırır.

Bəyanatda həmçinin İ.Əliyevin müdafiə hüququnun məhdudlaşdırılması ilə bağlı narahatlıq ifadə olunur.

Kürdəxanı təcridxanasında saxlanılan İ.Əliyev oktyabrda müayinə edilib. Onda osteoxondroz və protruziya (bel yırtığı) aşkar edilib. Buna baxmayaraq, onu kamerada saxlayaraq ambulator müalicə təyin ediblər ki, bu da nəticə vermir.

* İntiqam Əliyev avqustun 8-də həbs olunub. O, vergidən yayınmada, vəzifə səlahiyyətindən sui-istifadədə və qanunsuz sahibkarlıqda ittiham olunub. İ..Əliyev bütün ittihamları rədd edərək onları siyasi motivli sayır.

248 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Amnesty İnternational İntiqam Əliyevin vəziyyətindən narahatdır

20 Kasım 2014

By
@
backtotop