Prokurorluq Avropa məhkəməsindəki işlərə dair materialları İntiqam Əliyevə qaytarıb

Baş Prokurorluq İntiqam Əliyevin ofisində axtarış zamanı götürdüyü materialları geri qaytarıb. Bu materiallar vətəndaşların Avropa İnsan Hüquqları Məhkəməsindəki işlərinə aiddir. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.

Şənbə günü o, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunub. AİHM-ə aidiyyatı olan sənədlər vəkilə verilib. Vəkilə üç çanta material verilib və bu da Əliyevlər ailəsinə çatdırılıb.

Həmin materialların qaytarılması barədə məsələ ötən həftə Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieksin baş prokuror Zakir Qaralovla görüşündə qaldırılıb.

Bununla yanaşı vəkil İ.Əliyevin səhhətindən narahatlığını bildirib. Belə ki, cümə günü məhkəmə zamanı onun ayaqları tutulub və təcridxanaya aparılıb.

Qohumlarının sözlərinə görə, hazırda İ.Əliyev kamerada həkim nəzarəti altındadır.

* İntiqam Əliyev avqustun 8-də vergidən yayınmaq, vəzifə səlahiyyətindən sui-istifadə və qanunsuz sahibkarlıqda ittiham olunaraq həbs edilib.

221 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Prokurorluq Avropa məhkəməsindəki işlərə dair materialları İntiqam Əliyevə qaytarıb

28 Ekim 2014

By
@
backtotop