İlqar Məmmədov kassasiya şikayəti verib

Noyabrın 13-də vəkil Fuad Ağayev ReAL Hərəkatının lideri İlqar Məmmədovun işi ilə bağlı Ali Məhkəməyə kassasiya şikayəti verib. Bu barədə Turan-a vəkilin özü bildirib.

“Kassasiya şikayətində İ.Məmmədovun barəsində qəbul edilmiş məhkəmə aktlarının, yəni Şəki Ağır Cinayətlər Məhkəməsinin, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hökm və qərarının ləğv edilməsi, Məmmədovun  barəsində iş üzrə icraata xitam verilməsi, onun dərhal azadlığa buraxılması tələblərini qoymuşam. Əminəm ki, məhkəmə baxışlarında Məmmədovun təqsirsizliyi tam sübuta yetirilib, istintaq orqanının verdiyi ittiham iş materialları, o cümlədən videomateriallar və  ifadələrlə alt-üst edilib”, – İ.Ağayev qeyd edib.

2013-cü il martın 17-də  Şəki Ağır Cinayətlər Məhkəməsi 2013-cü il 23-24 yanvar İsmayıllı iğtişaşları ilə əlaqədar 18 təqsirləndirilən şəxsin barəsində hökm verib. ReAl Hərəkatının lideri İlqar Məmmədov 7 il, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Daha 8 nəfər 8 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bir o qədər müttəhim şərti cəza alıb.

2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun həbsi ilə bağlı şikayət üzrə qərarını elan edib. Avropa Məhkəməsi İlqar Məmmədovun işində Avropa İnsan Haqları Konvensiyanın 5.1 və 5.4 maddəsi (azadlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyasi) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasını tanıyıb. Hökumət İ.Məmmədova eyni zamanda 22 000 avro kompensasiya ödəməlidir.

2014-cü ilin iyunun Şəki Apellyasiya Məhkəməsi Məmmədovun barəsində Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

376 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

İlqar Məmmədov kassasiya şikayəti verib

15 Kasım 2014

By
@
backtotop