Apellyasiya Məhkəməsi Rəsul Cəfərovu həbsdə saxlayıb

Bu gün Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi Rəsul Cəfərovun həbsinin ev dustaqlığı ilə əvəz olunması barədə şikayətini təmin etməyib.

Hüquqşünas Gunay İsmayılovanın Turan-a verdiyi məlumata görə, hakim Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu, onunla əsaslandırılıb ki, R. Cəfərov istintaqdan gizlənə bilər.

R. Cəfərovun işi üzrə ibtidai istintaq başa çatıb,

R.Cəfərov bir neçə QHT-yə qarşı ümumi cinayət işi üzrə cəlb edilib. Lakin hazırda onun işi ayrıca icraata götürülüb və Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Ötən həftənin sonlarında istintaq R.Cəfərova qarşı yeni ittihamlar – CM-in 313 və 179.3.2-ci maddələri ilə vəzifə saxtakarlığı və mənimsəmə ittihamları irəli sürüb. Bu ittihamlar üzrə o 12 ilədək azadlıqdan məhrum edilə bilər.

“Demokratiya naminə incəsənət” hüquq- müdafiə kampaniyasının əlaqələndiricisi Rəsul Cəfərov avqustun 2-də qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs edilib. Oktyabrın 23-də onun həbs müddəti 3 ay uzadılıb.

434 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Apellyasiya Məhkəməsi Rəsul Cəfərovu həbsdə saxlayıb

19 Aralık 2014

By
@
backtotop