Leyla Yunusun həbs müddəti daha 4 ay uzadılıb

Bu gün  Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə  hüquq müdafiəçisi Leyla Yunusun Baş Prokurorluğun təqdimatı əsasında  həbs -qətimkan tədbirinin uzadılması ilə bağlı məsələyə baxılıb.

Vəkil Elçin Qəmbərovun Turan-a verdiyi məlumata görə,  məhkəmə Leyla Yunusun həbs müddətinin  daha 4 ay (gələn il fevralın 28-dək) uzadılması barədə qərar qəbul edib.

Onun sözlərinə görə, istintaq həbsin uzadılmasını  müvafiq istintaq hərəkətlərinin aparılması ilə izah edib.

Öz növbəsində müdafiə tərəfi həbsin  ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıb. Vəsatətə  bu gün günorta baxılacaq.

Vəkilin sözlərinə görə, L.Yunusun əvvəlkitək səhhətində problem var.

Xatırladaq ki, Leyla və Arif Yunus dövlətə xəyanət və digər cinayətlərdə təqsirli bilinir. Lakin vəkilin sözlərinə görə, bu ittihamlar təsdiqlənməyib.

311 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Leyla Yunusun həbs müddəti daha 4 ay uzadılıb

24 Ekim 2014

By
@
backtotop