Penitensiar Xidmət: Leyla Yunusun hüquqları məhdudlaşdırılmır

Penitensiar Xidmət Leyla Yunusun Kürdəxanı təcridxanasında pis şəraitdə saxlanması barədə məlumatları təkzib edib.

Xidmətin nümayəndəsi Yaşar İsakov Turan-a bildirib ki, belə məlumatlar həqiqətəuyğun deyil.

Bakı İstintaq Təcridxanasında saxlanılan bütün şəxslərin hüquqları təmin olunur. Onlar telefondan istifadə edirlər, bağlama alırlar, həkim yardımı göstərilir, gəzintiyə çıxırlar.

  “ Leyla Yunusun ona qarşı təxribatın hazırlanması barədə növbəti uydurması da yalnız ictimai fikri özünə cəlb etmək məqsədi güdür”, – Y.İsakov qeyd edib..

O həmçinin təcridxanada saxlanılan şəxslərə qarşı  qanunsuzluq və zorakılıq hallarının olmasını təkzib edib. “Penitensiar Xidmət onların təhlükəsizliyimə zəmanət verir”, – o vurğulaylb.

L.Yunusun səhhətinə gəlincə, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin mütəxəssisləri onu müayinə ediblər.

Xatırladaq ki, L.Yunus dövlətə xəyanət, qanunsuz sahibkarlıq və dələduzluqda ittiham olunur.

İstintaq təcridxanasında saxlanılan L.Yunus bir neçə dəfə pis şəraitdə saxlandığını, ona təzyiqlərin olduğunu, bağlama almasına qadağa qoyulduğunu bildirib.

251 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Penitensiar Xidmət: Leyla Yunusun hüquqları məhdudlaşdırılmır

05 Eylül 2014

By
@
backtotop