Penitensiar Xidmət: Leyla Yunusun səhhəti normaldır

Ədliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi hüquq müdafiəçisi Leyla Yunusun səhhətində yaranan ciddi problemlərlə bağlı yayılmış məlumatları təkzib edib.

“Leyla Yunusun səhhətində problemlərin olması ilə bağlı yayılan məlumatlar tam əsassızdır.  L.Yunusun səhhəti normaldır, səhhətində hər hansı narahatlıq yaradacaq problem yoxdur”, -ictimaiyyətlə əlaqələr şöbəsindən Turan-ın sualının cavabında bildirilibb.

Xatırladaq ki, vəkil Elçin Qəmbərov həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun son günlər səhhətinin kəskin şəkildə pisləşdiyini bildirib.  Onun sözlərinə görə, L.Yunusun qara ciyərində parçalanma prosesi başlayıb, xroniki olaraq az yemə nəticəsində təzyiqi ciddi şəkildə düşür və zəifdir. Həbs edildiyi gündən etibarən L.Yunus 10 kq. arıqlayıb.

“Vəkil Ramiz Məmmədov istintaq təcridxanasına L.Yunusun analizlərinin nəticələri haqqında məlumat verilməsi üçün rəsmi sorğu təqdim edib, lakin istintaq təcridxanasının rəhbərliyi bu sorğunu qeydiyyata almaqdan imtina edib ki, bu da birbaşa qanun pozuntusudur”, – vəkil bildirib.

Vəkilin dediklərinə görə, Leyla Yunus ağır diabet xəstəsidir və bu ilin iyulunda həbs edildikdən sonra  müvafiq şəkildə müalicə olunmur. Kamerada mənəvi və fiziki təzyiq fonunda  onun səhhəti getdikcə pisləşir.

Beynəlxalq və yerli ictimaiyyət hüquq müdafiəçisinə lazımi köməkliyin göstərilməsi haqqında hakimiyyətə çoxsaylı müraciətlər edib.

Leyla Yunus və həyat yoldaşı Arif Yunus Ermənistanın xeyrinə casusluqda ittiham olunurlar.

272 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Penitensiar Xidmət: Leyla Yunusun səhhəti normaldır

24 Kasım 2014

By
@
backtotop