Leyla Yunusun Dövlət Departamentinin “Qadınlara igidliyə görə” mükafatına namizədliyi irəli sürülüb

Həbsdə olan məşhur hüquq müdafiəçisi Leyla Yunusun ABŞ Dövlət Departamenti tərəfindən təsis edilmiş, beynəlxalq nüfuzlu “Qadınlara igidliyə görə” (International Women of Courage Award) mükafatına namizədliyi irəli sürülüb. Bu barədə Vaşinqtondakı diplomatik dairələrdən məlum olub.

Bu mükafatla sosial ədalət və insan hüquqlarına əməl olunması sahəsində göstərdiyi cəsarətə və liderlik keyfiyyətinə görə fərqlənən dünya qadınları layiq görülürlər.

International Women of Courage Award mükafatı 2007-ci ildə ABŞ dövlət katibi Kondoliza Rays tərəfindən təsis edilib. O vaxtdan indiyədək dünyanın 27 ölkəsindən 36 qadın bu nükafata layiq görülüb.

Turan-ın bu məlumatı şərh etmək xahişinə cavabda ABŞ səfirliyindən bildiriblər ki, mükafat üçün nominantların seçimi prosesi davam edir. Qaliblər 2015-ci ilin mart ayında keçiriləcək mərasimdə elan ediləcək.

293 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Leyla Yunusun Dövlət Departamentinin “Qadınlara igidliyə görə” mükafatına namizədliyi irəli sürülüb

11 Aralık 2014

By
@
backtotop