Leyla Yunusun vəkili: “Biz Fransua Ollanddan, Angele Merkeldən, ABŞ-dan dəstək gözləyirik”

Vəkil Elçin Qəmbərov “Amerikanın səsi”nə müsahibəsində hüquq müdafiəçisi Leyla Yunusun səhhəti, onun beynəlxalq səviyyədə ictimai müdafiəsi ilə bağlı iradları və istintaqın gedişindən danışıb.

Sual: Leyla Yunusun səhhəti necədir? Bu günlərdə Almaniyadan olan həkimlər onu müayinə ediblər. Nə qərara gəliblər?

Cavab: Leyla Yunusla sonuncu  dəfə martın 19-da görüşmüşəm. O, mənə bildirdi ki, martlın 12-də Berlinin Şalite klinikasının professoru Kristian Vild növbəti dəfə onu müayinə edib. Professor Vild “Leyla xanım bütün xəstəlikləri  atırsınız qırağa, sizdə hepatit C məsələsi çıxıb ortaya” deyib. Biz bunu əvvəldən də bilirdik, lakin indi hepatit C elə inkişaf edib ki, qara ciyərin parçalanması prosesi gedir. Ona kömək üçün elə dərmanlar yazıblar ki, bu dərmanlar da çox bahadır. Dərmanlar elə baha qiymətədir ki, həm də Azərbaycanda yoxdur. Dərmanların əldə edilməsi problemləri qalıb və bu problemi həll etməyə çalışırıq.

Sual: Həyatı üçün təhlükə var?

Cavab: Hər bir adam anlaya bilər ki, qara ciyərlə, qanla olan problem səhhət üçün çox ciddi problemdır, təhlükədir. Həyatı üçün həqiqətən real təhlükədir.

Sual: Bəs dərmanları necə əldə edəcəksiniz?

Cavab: Bununla bağlı müvafiz tədbirlər görmüşük, nəticələri gözləyəcəyik. Ancaq deyə bilərəm ki, böyük bir problemdir. Həll olunacağına ümidim yoxdur. Qiymətləri çox bahadır.

Sual: Leyla və  Arif Yunusların istintaqında hansı yeniliklər var? İstintaq nə vaxt yekunlaşa bilər?

Cavab: Biz əvvəldən verdiyimiz proqnoz özünü doğruldur. Fevralda həbs qətimkan tədbirinin müddəti  daha beş ay uzadıldı, iyulun sonunadək. Biz o qənaətdəyik ki, istintaq bui ilin sonunadək davam etdiriləcək. Bu ilin sonunda və ya 2016-cı ilin əvvəllərində məhkəmə prosesi başlayacaq. Çünki uzun müddət həbsdə saxlamaq da növbəti bir təzyiq vasitəsidir. Hazırda Leyla xanımla bağlı aktiv istintaq hərəkətləri getmir. Mən deyə bilmərəm, orada müəyyən ekspertizalar aparılır, şahidlər dindirilir, onlar da istintaq hərəkətləridir. Ancaq Leyla xanımın özü ilə bağlı dindirmə, üzləşmələr aktiv şəkildə yoxdur.

Sual: Leyla Yunus beynəlxalq və yerli səviyyədə ictimai müdafiəsindən razıdırmı? Bu sahədə hansı işlər görülüb?

Cavab: Burada çox qəribə bir situasiya əmələ gəlib. Biz beynəlxalq qurumlara, insan haqları qurumlarına minnətdar olmalıyıq. Onlar Leyla və Arif Yunusun həbsinin ilk günündən fəallıq göstərirlər, imkanları çərçivəsində müdafiə kampaniyası aparırlar. Ancaq burada dövlətlər, hökumətlər, xarici  dövlətlərin hökumətlərindən, konkretləşdirsək biz onların mövqeyindən çox narazıyıq. Çünki belə bir müdafiə həyata keçirilmir. Ona görə də biz o qənaətdəyik ki, qərb Azərbaycanda insan haqlarını ikinci plana verib. Qərb öz iqtisadi, strateji  maraqlarını insan haqlarından üstün tutur. Beynəlxalq təşkilatlar amorf qurumlardır, onların əlində Azərbaycan hökumətinə qarşı təzyiq mexanizmi yoxdur. Onlar yalnız bəyan edə bilərlər, ictimai fikir formalaşdıra bilərlər. Azərbaycanda da beynəlxalq ictimai fikrə münasibət göz qabağındadır.

Sual: Leyla xanım konkret olaraq hansı hökumətlərdən daha çox narazıdır? Məsələn Fransanın “Legion” ordeninin kavaleridir, eyni zamanda ABŞ, Alımaniya, İngiltərə kimi nəhəng ölkələrlə bağlı fikirləri necədir?

Cavab: Bizdə məlumat vardı ki, Fransa prezidenti Fransua Olland  Azərbaycan prezidenti ilə görüşündə bu məsələni qaldırıb. Azərbaycan prezidentinin cavabından qane olmuşdu, ondan o yana keçməmişdi. Leyla Yunus Fransanın “Legion” ordeninin kavaleridir, biz Fransa hökumətindən, Fransa rəsmilərindən gözləyirik. Leyla xanım Almaniyanın Teoder Haker mükafatının qalibidir, biz Angele Merkeldən, Bundestaqdan gözləyirik.  Leyla Yunus Polşada, ABŞ-da, ümumilikdə beynəlxalq aləmdə çox tanınır, Ancaq onların fəaliyyəti Leyla Yunusun azadlığa çıxması üçün kifayət etmir.

Sual: Diplomatik missiyalar necə, Leyla xanımla görüşə cəhd ediblərmi, maraqlanırlarmı?

Cavab: Bəli, cəhdlər çox olub. Amma cəmi bir dəfə Nils Mujnieks onunla görüşə bilib.  Ancaq digər rəsmi şəxslərə bildirilib ki, istintaq gedir və görüşə icazə verilmir. Sonuncu dəfə Avropa İttifaqının insan haqları üzrə komissarı görüş istəmişdi, ona da icazə verilməmişdi. Bəli, xarici qurumlar var ki, dərmanla, digər məsələlərdə köməklik edirlər. Ancaq biz xarici qurumlara aptek gözü ilə baxmırıq.

353 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Leyla Yunusun vəkili: “Biz Fransua Ollanddan, Angele Merkeldən, ABŞ-dan dəstək gözləyirik”

25 Mart 2015

By
@
backtotop