Apellyasiya Məhkəməsi Murad Ədilovu həbsdə saxlayıb

Avqustun 25-də Bakı Apellyasiya Məhkəməsi “Azadlıq” qəzetinin əməkdaşı və AXCP liderinin mətbuat katibi Natiq Ədilovun qardaşı Murad Ədilovun şikayətini təmin etməyib.

Murad avqustun 11-də Sabirabadda narkotik ticarətində şübhəli bilinərək saxlanılıb.

Avqustun 13-də məhkəmə onu 3 ay müddətinə həbs edib. Bu qərardan apellyasiya şikayəti verilib.

Natiq Ədilovun Turan-a verdiyi məlumata görə, şikayətdə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi məsələsi qaldırılıb.

N.Ədilov qardaşının həbsinin siyasi motivli və Ədilov qardaşlarının siyasi və jurnalist fəaliyyəti ilə bağlı olduğunu düşünür.

284 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Apellyasiya Məhkəməsi Murad Ədilovu həbsdə saxlayıb

25 Ağustos 2014

By
@
backtotop