AMAY prezidentilə bağlı şikayət təmin olunmayıb

amay_abdullaBakı Apellyasiya Məhkəməsi AMAY şirkətlər qrupunun prezidenti Abdulla Abdullayevin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə verilən vəsatəti təmin etməyib.

İyunun 3-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrlik etdiyi prosesdə Binəqədi rayon məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanıb.

A.Abdullayev aprelin 4-də həbs edilib. Baş Prokurorluq 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri olmuş A.Abdullayevi Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı və s. sahələrin inkişafı üçün götürülən 4 milyon manata yaxın vəsaitin “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməkdə ittiham edir. Prokurorluq A.Abdullayevə Cinayət Məcəlləsinin mənimsəmə və ya israf, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham irəli sürüb.

277 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

AMAY prezidentilə bağlı şikayət təmin olunmayıb

03 Haziran 2014

By
@
backtotop