Ombudsman nümayəndələri Lamiyə Quliyevanın övladının atasını axtarırlar

Ombudsmanın tapşırığı ilə İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupun üzvləri Penitensiar Müəssisədə məhkum Lamiyə Quliyevanın övladının atası olaraq göstərdiyi məhbusa baş çəkiblər.

Xatırladaq ki, Lamiyə Quliyeva 2003-cü ildə Ruslan Aslanovun – Şəmkir rayonunun o vaxtki icra hakimiyyəti başçısı Aslan Aslanovun oğlunun qətlinə görə həbs edilib. Qətlə Lamiyə 12 yaşında olarkən Ruslanın onunla intim əlaqəsi olması, o ailə qurmaq istəyərkən isə Ruslanın Lamiyənin nişanlısına onunla əlaqəsi haqqında bildirməsi səbəb olub.

Hesablaşmaq üçün Ruslanı çağıran Lamiyə və nişanlısı Ruslanı bıçaqla qətlə yetiriblər.

2014-cü ilin oktyabr ayında Quliyeva cəzaçəkmə müəssisəsində uşaq dünyaya gətirib və bu ilin yanvar ayında bu fakt üzə çıxıb və ictimai qınaq doğurub. Çünki Quliyeva ailəli deyil, məhbusla uzunmüddətli görüşlər isə yalnız ailə üzvləri ilə verilir. Bununla əlaqədar olaraq KİV-də onun Penitensiar Xidmət əməkdaşları tərəfindən zorlanması ehtimalı haqqında ehtimallar irəli sürülüb.

Lakin ombudsman nümayəndələri Quliyevaya baş çəkdikdən sonra onun adından müvəqqəti olaraq istintaq təcridxanasında saxlanılarkən könüllü olaraq məhbuslardan biri ilə cinsi əlaqəyə girdiyi haqqında məlumat yayıblar.

İndi isə ombudsman nümayəndələri Quliyevanın övladının atası olaraq göstərdiyi şəxsə baş çəkiblər.

Ombudsman aparatının məlumatına görə, bu məhbus ailəsində yarana biləcək problemlərdən uzaq olmaq üçün adının açıqlanmamasını xahiş edib.

O qeyd edib ki, bir müddət əvvəl Quliyeva ilə eyni Penitensiar Müəssisədə olub və onunla qiyabi tanışdır. Amma onunla “canlı əlaqələri” olmayıb. Ondan L.Quliyevanın övladının atasının müəyyən edilməsi üzrə dəqiqləşdirmələr aparmaq məqsədilə DNT-nin yoxlanılması üçün qan təhlili götürülüb.

Məhbus həmçinin bildirib ki, təzyiqə və zorakılığa məruz qalmayıb. O, bu barədə ombudsmana yazılı ifadə verib.

Qeyd etmək lazımdır ki, hazırda Ədliyyə Nazirliyi ətraflı araşdırma aparır, hər iki şəxsdən ifadə və müvafiq təhlillər alınıb, yaxın günlərdə nəticələr elan olunacaq.

331 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Ombudsman nümayəndələri Lamiyə Quliyevanın övladının atasını axtarırlar

04 Şubat 2015

By
@
backtotop