Eldar Namazov Rauf Mirqədirovun işi üzrə Baş Prokurorluqda ifadə verib

eldar_namazov“El” Hərəkatının sədri, politoloq Eldar Namazov Baş Prokurorluqda ifadə verib. Bu barədə APA-ya E. Namazov özü məlumat verib.

 E. Namazov qeyd edib ki, onu bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Sənan Paşayev dindirib. E. Namazov heç bir layihədə iştirakının olmadığını və Ermənistana səfər etmədiyini deyib: “İfadə verməyə dəvət olunan adamlar istintaq sirri ilə bağlı müəyyən öhdəlik götürür, sənədə imza atırlar.
Ona görə də ətraflı danışmaq düzgün deyil. Söhbətimiz o qədər də uzun çəkmədi, mənim layihələrdə iştirak etmədiyim və Ermənistana da heç vaxt səfər etmədiyim bəlli olduqdan sonra söhbətin mövzusu bir az daraldı, ümumi söhbətlər oldu. Təxminən iki saata yaxın ifadə verdim. Təbii ki, Rauf Mirqədirov, Leyla Yunusla bağlı suallar verildi və mən də bu suallarla bağlı öz mövqeyimi açıqladım”.
330 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Eldar Namazov Rauf Mirqədirovun işi üzrə Baş Prokurorluqda ifadə verib

05 Haziran 2014

By
@
backtotop