Bərdə Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 260 min manatlıq mənimsəmə faktları aşkarlanıb

publika.az1395130469eesmn
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bərdə Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində qanun pozuntuları ilə bağlı Hesablama Palatasından daxil olan materialları araşdırıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Turan-a daxil olan məlumatda deyilir ki, araşdırmalar zamanı mərkəzin vəzifəli şəxsləri tərəfindən ünvanlı sosial yardımların, sosial müavinətlərin və təqaüdlərin təyin edilməsi və ödənilməsi zamanı zəruri sənədlərin – ailə tərkibi, gəlirlər və s. məlumatların düzgünlüyünün yoxlanılmaması nəticəsində 258 min 550 manat məbləğində dövlət vəsaitinin israf edilməsi ilə bağlı şübhələr var.

Fakt üzrə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

274 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Bərdə Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 260 min manatlıq mənimsəmə faktları aşkarlanıb

16 Temmuz 2014

By
@
backtotop