ADİHİ: “Jurnalist Fərahim İlqaroğlu ilə bağlı istintaq gözlənilən nəticəni ortaya qoymayıb” – Açıqlama

ferahim
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu avropalı həmkarlarını məsələ ilə bağlı məlumatlandırıb

Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqar oğlu Qasımov 25 Aprel 2014-cü il tarixində Bakı şəhərində yaşadığı binanın qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb. Hadisəni əks etdirən video görüntülərə baxış keçirərkən, jurnalisti döyən, ona qarşı idman fənni ilə zor tətbiq edən şəxsin kikboksinq üzrə peşəkar idmançı Feyruz Termişinin olması məlum olmuşdur. Jurnalistin döyülməsini təşkil edən digər idmançının isə Tural Bayramov olması müəyyən edilmişdir. Qeyri-rəsmi məlumatlara görə, jurnalistin döyülməsinin sifarişi Aynar Elton oğlu Məmmədov adlı şəxs tərəfindən verilib. Səbəb isə jurnalist Fərahim İlqaroğlunun Aynar Məmmədov barədə silsilə məqalələr dərc etməsi ilə bağlı olub.

Jurnalist Fərahim İlqar oğlu Qasımovun döyülməsi faktı üzrə Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 maddəsi ilə cinayət işi başlanılmış və keçirilmiş istintaq-əməliyyat tədbirləri zamanı jurnalistə xəsarət yetirmiş 1990-ci il təvəllüdlü Termişi Feyruz Heydərəli oğlu müəyyən edilərək tutulmuşdur.  Hazırda cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində davam etdirilir.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu olaraq, bildiririk ki, Azərbaycanda jurnalistlərə qarşı fiziki təzyiqlər mütəmadi hal alıb və bu kimi cinayət hadisələrinin araşdırılması ilə bağlı durum qənaətbəxş deyil. Belə ki, DİN-in rəsmi statistikasına görə, ölkədə cinayətlərin orta açılma faizi 95 faizdən artıq olsa da, media nümayəndələrinə qarşı törədilən cinayətlərin açılma faizi 5 faizi keçmir. 2005-ci ildən bəri Azərbaycanda jurnalistlərin fiziki təzyiqlərə, hədə-qorxu və zor tətbiq etməyə məruz qalması barədə 250-dən artıq fakt mövcuddur. Təəssüf ki, onların çox cüzi hissəsi barədə istintaq tədbirləri yekunlaşıb və cinayətkarlar məsuliyyətə cəlb edilib. Bu sahədə hüquq pozuntusuna yol verənlər cəzalandırılmayıblar.

Bu təhlükəli mənzərənin fonunda “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunun məruz qaldığı zorakılıqla bağlı işin uğurlu araşdırılması istiqamətində gözləntilər özünü doğrultmur. Baxmayaraq ki, bu cinayət hadisəsi ilə bağlı yetərincə faktlar var, video görüntülər mövcuddur, istintaqa kifayət qədər sübutlar təqdim edilib, lakin istintaq yekun nəticəyə gələ bilmir. Bu istiqamətdə atılan addımlar təqdirəlayiq olsa da, icraçılardan yalnız birinin – Feyruz Termişinin istintaqa cəlb olunması, digər şəxslərin isə kənarda qalması təəssüf doğurur. Bundan başqa, jurnalisti döyən Feyruz Termişinin Nizami Rayon Polis İdarəsində sifarişçinin kimliyini etiraf etməsi dindirmə protokolunda rəsmiləşdirilməyib ki, bu da cinayət hadisəsinin istintaqının müstəqil olmaması təsəvvürünü yaradır.

ferahim1Digər tərəfdən, jurnalistin döyülməsi ilə bağlı aparılan istintaq prosesinə kənar müdaxilələrin olması barədə də məlumatlar daxil olmaqdadır. Belə ki, Fərahim İlqaroğlunun döyülməsiylə bağlı iş əvvəlcə Bakı şəhəri Nizami Rayon Polis İdarəsində olan zaman müxtəlif şəxslər tərəfindən istintaqa kobud müdaxilələr qeydə alınmışdır. Zərərçəkmiş tərəfin müraciətindən sonra cinayət işi Daxili İşlər Nazirliyi tərəfindən aparılmağa başlandı və nazirin şəxsi nəzarətinə götürüldü.

Buna baxmayaraq, ölkə mətbuatında bir-birinə zidd olan məlumatlar da yer almaqdadır. Jurnalist Fərahim İlqaroğlu özünün döyülməsini sifariş verməkdə şübhəli bildiyi Aynar Məmmədov barəsində heç bir istintaq hərəkətinin aparılmadığını, Aynar Məmmədovun ailəsi tərəfindən istintaqa yüksək səviyyədə təzyiqlər olduğunu bildirir. Lakin Aynar Məmmədovun atası, millət vəkili Elton Məmmədov, habelə əmisi, nəqliyyat naziri Ziya Məmmədov mətbuata verdikləri açıqlamalarda bu iddianı əsassız sayır və cinayət hadisəsində iştirak edən şəxslərin Aynar Məmmədovla əlaqəsinin olmadığını bildirirlər. Elektron mətbuatda, habelə sosial şəbəkələrdə Aynar Məmmədovun jurnalist Fərahim İlqaroğlunun döyülməsində iştirak edən idmançılarla birgə çəkilmiş fotoları da yer almaqdadır.

ferahim2ADİHİ bildirir ki, jurnalist Fərahim İlqaroğlunun döyülməsi ilə bağlı faktiki olaraq, rəsmi və qeyri-rəsmi istintaq hərəkətləri aparılmaqdadır. Rəsmi açıqlamalarda bu cinayət hadisəsi ilə bağlı intensiv istintaq hərəkətlərinin aparıldığı və hələlik cinayətdə birbaşa iştirak etmiş 1990-ci il təvəllüdlü Termişi Feyruz Heydərəli oğlunun tutularaq istintaqa təhvil verildiyi qeyd edilir, cinayətdə bu və ya digər formada iştirak etmiş şəxslərin müəyyən edilməsi ilə bağlı istintaq tədbirlərinin aparıldığı bildirilir.

Dördüncü hakimiyyət hesab edilən mətbuat səhifələrində isə jurnalist Fərahim İlqaroğlunun döyülməsi ilə bağlı kifayət qədər maraqlı sübutlar yer almış, cinayət hadisəsinin baş verdiyi anı əks etdirən foto və video materiallar nümayiş etdirilmişdir. Həmin görüntülərdə jurnalistə qarşı zor tətbiq edənlərin tək olmadığı və qrup şəklində fəaliyyət göstərdikləri müəyyən edilmişdir.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu olaraq, “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunun zorakılığa məruz qalmasının və cinayətkarların hələ də məsuliyyətə cəlb edilməməsinin milli qanunvericiliyə, habelə Azərbaycan Respublikasının İnsan hüquqları sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələrə zidd olduğunu bəyan edir və jurnalistin şəxsi təhlükəsizliyini təmin etməklə yanaşı, ona qarşı həyata keçirilən cinayət hadisəsi ilə bağlı istintaqın tezliklə yekunlaşacağına, cinayətkarların qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılacağına ümid edirik.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu – ADİHİ
6 İyun 2014-cü il, Bakı şəhəri

330 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ADİHİ: “Jurnalist Fərahim İlqaroğlu ilə bağlı istintaq gözlənilən nəticəni ortaya qoymayıb” – Açıqlama

06 Haziran 2014

By
@
backtotop