Həbsdə olan jurnalist karserə salınıb

“Azadlıq” qəzetinin xuliqanlıqda ittiham olunan əməkdaşı Seymur Həzi karserə salınıb. Bu barədə Turan-a onun vəkili Adil İsmayılov bildirib.

Onun sözlərinə görə, jurnalistin atası yanvarın 15-də İstintaq Təcridxanasına onun üçün bağlama aparıb. Lakin bağlamanı qəbul etməyiblər və jurnalistin cəza kamerasına salındığını bildiriblər.

Vəkil yanvarın 16-da İstintaq Təcridxanasına getmək və jurnalistin cəzalandırılmasının səbəblərini öyrənmək niyyətindədir.

Xatırladaq ki, Həzi 29 avqust 2014-cü ildə qondarma xuliqanlıq ittihamı ilə həbs edilib. Jurnalist ittihamı təkzib edir və onun siyasi motivli, jurnalist fəaliyyəti ilə bağlı olduğunu hesab edir.

225 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Həbsdə olan jurnalist karserə salınıb

15 Ocak 2015

By
@
backtotop