Apellyasiya Məhkəməsi Sərdar Əlibəylinin barəsində hökmü qüvvədə saxlayıb

serdar_alibeyliMayın 29-da Bakı Apellyasiya Məhkəməsi P.S Nota qəzeti və onun  www.psnota.com İnternet versiyasının baş redaktoru Sərdar Əlibəylinin barəsində ittiham hökmünü dəyişiklik olmadan qüvvədə saxlayıb. Bu barədə vəkil Elçin Sadıqov bildirib.

Müdafiə tərəfi Ali Məhkəməyə kassasiya şikayəti verəcək.

S.Əlibəyli 2013-cü il iyulun 31-də Natiq Əmirov adlı şəxsin şikayəti əsasında saxlanılıb. Ona qarşı CM-in 221.3 maddəsi (silah və ya silah kimi istifadə olunan əşyanın tətbiqilə xuliqanlıq) ilə ittiham irəli sürülüb.

Noyabrın 13-də Xətai Rayon Məhkəməsi onu 4 il azadlıqdan məhrum edib.

Yanvarın 13-də Bakı Apellyasiya Məhkəməsinin ilkin iclasında təkrar məhkəmə istintaqının aparılması ilə bağlı müdafiə tərəfinin vəsatəti təmin edilməyib. Qərardan Ali Məhkəməyə şikayət verilib, lakin yenə təmin edilməyib.

Mayın 29-da Bakı Apellyasiya Məhkəməsi şikayətə mahiyyəti üzrə baxaraq Xətai məhkəməsinin qərarını qüvvədə saxlayıb.

S.Əlibəyli tənqidi və təhqiredici yazılarına görə dəfələrlə cinayət təqiblərinə məruz qalıb.

Onun həmkarları hesab edirlər ki, bu dəfə S.Əlibəylinin həbsinə Facebook-da dövlət başçısı İlham Əliyevin ünvanına tənqidi iradları və onunla bağlı kollajın yerlışdirilməsi, həmçinin siyasi mühacir İsa Sadıqovun yazılarının dərci səbəb olub.

Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatı S.Əlibəylini “vicdan məhbusu” kimi tanıyıb.

251 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Apellyasiya Məhkəməsi Sərdar Əlibəylinin barəsində hökmü qüvvədə saxlayıb

31 Mayıs 2014

By
@
backtotop