Məhkəmə Xədicə İsmayılovanı həbsdə saxlayıb

Cümə axşamı Bakı Apellyasiya Məhkəməsinin iclasında Abid Abdinbəyovun sədrliyi ilə həbs edilmiş jurnalist Xədicə İsmayılovanın şikayətinə baxılıb.

Şikayət Səbail rayon məhkəməsinin onun 2 ay müddətinə həbs edilməsi haqqında qərarından verilib.

Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb, xəbəri Turan-ın müxbiri verib.

Xədicə İsmayılova özü də prosesə gətirilib. O, məhkəmə zalında bildirib ki, həbsi qanunsuz, amma gözlənilən idi.

* Xədicə İsmayılova CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham olunur. O, guya özünü öldürmə həddin çatdırdığı Tural Mustafayevin bəyanatı əsasında həbs edilib. Xədicə İsmayılova ittihamları təkzib edir və bunun peşə fəaliyyəti ilə bağlı olduğunu hesab edir.

332 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Məhkəmə Xədicə İsmayılovanı həbsdə saxlayıb

11 Aralık 2014

By
@
backtotop