Xədicə İsmayılın adına bilərzik hazırlanır

Maryland Universitetinin tələbələri həbsdə olan jurnalistlərin adları həkk edilmiş bilərziklər hazırlamaq üçün pul toplayır.

Bu barədə Azadlıq radiosu  Associated Press agentliyinə istnadən  xəbər verir Məqsəd  həmin jurnalistlər barədə dünyanı  məlumatlandırmaqdır.

Maryland Universitetinin Jurnalistika Məktəbinin tələbələri  bunu Qandalsız Mətbuat kampaniyası adı altında edir.

Bu iş Washington Post-un Pulitzer mükafatı almış müxbiri, jurnalistika professoru Dana Priest-in rəhbərliyi altında həyata keçirilir.

Universitetin məzunu, layihənin sözçüsü Rosemary Ostmann deyir ki, satışdan əldə olunan gəlir bütünlüklə Jurnalistləri Müdafiə Komitəsinə (CPJ) yardım formasında veriləcək:

“Vəsait toplamaq və həbsdə olan 221 jurnalistə kömək etməklə yanaşı, Dana və komandası göstərmək istəyir ki, xəbər hazırlamaq nəyin bahasına başa gəlir, azad və firavan cəmiyyət üçün həqiqət necə vacibdir”.

Bilərziklərin üstünə bu jurnalistlərin adları həkk olunacaq jurnalistlər arasında  Azərbaycandan  Xədicə İsmayılın adı da var.

Azərbaycandan başqa Ammar Abdulrasool (Bəhreyn) ,Mahmoud Abou Zeid (Misir), Reeyot Alemu (Efiopiya), Bheki Makhubu (Svazilend),Ta Phong Tan (Vyetnam), Jason Rezaian (İran),Yusuf Ruzimuradov (Özbəkistan) Ilham Tohti (Çin) adlar da var.

AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıl ötən il dekabrın 5-də həbs olunub. Əvvəlcə «özünü öldürmə həddinə çatdırma» maddəsi ilə ittiham olunan jurnalistə daha sonra mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui istifadə ittihamları irəli sürülüb və bütün ittihamlar bir icraatda birləşdirilib.

375 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Xədicə İsmayılın adına bilərzik hazırlanır

30 Mart 2015

By
@
backtotop