““Azadlıq” radiosunun fəaliyyətinə yaradılan maneələr ciddi narahatçılıq doğurur” – ADİHİ

Dekabrın 26-da Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin bir qrup əməkdaşı “Azadlıq” radiosunun Bakı ofisinə, Yasamal rayonundakı “Kaspian Plaza” Mərkəzinə gəlib və axtarış aparıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, axtarış Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşları tərəfindən aparılır. Axtarış radionun əməkdaşı Xədicə İsmayılova barəsində açılmış cinayət işi ilə bağlı deyil. “Axtarış Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlıdır”, – Eldar Sultanov əlavə edib.

“Azadlıq” radiosunun Bakı bürosunun ofisində aparılan axtarış tədbirlərini diqqətdə saxlayan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu bəyan edir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının müstəqil media qurumuna qarşı bucür rəftarı Azərbaycan Respublikasının Konstitusiyasına, Kütləvi İnformasiya Vasitələri Haqqında AR Qanununa, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyalara ziddir və müstəqil mətbuatın fəaliyyətinə bucür kobud müdaxilə qətiyyən yolverilməzdir.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu hesab edir ki, “Azadlıq” Radiosunun Bakı bürosunun ofisində əməkdaşların saxlanılması, sorğu-suala çəkilmələri və polisin ofisdə axtarış aparması Azərbaycanda azad söz və müstəqil mediaya təzyiqdir.

ADİHİ bəyan edir ki, “Azadlıq” radiosu ətrafında baş verən hadisələr və radionun fəaliyyəti ilə bağlı araşdırmalar qanun çərçivəsində aparılmalı və qanunun aliliyi qorunmalıdır: “Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu olaraq, “Azadlıq” radiosunun Bakı bürosunun ofisində aparılan axtarış-istintaq tədbirlərindən dərin narahatçılıq hissi keçirir və Azərbaycan hökumətini müstəqil mətbuata münasibətdə qanunun tələblərinə hörmətlə yanaşmağa çağırırıq”.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu
29 Dekabr 2014-cü il
Bakı şəhəri, Azərbaycan Respublikası

379 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

““Azadlıq” radiosunun fəaliyyətinə yaradılan maneələr ciddi narahatçılıq doğurur” – ADİHİ

29 Aralık 2014

By
@
backtotop